Bank Of Baku

KXCP İdarə Heyətinin iclası keçirilib

KXCP İdarə Heyətinin iclası keçirilib
# 16 yanvar 2012 16:08 (UTC +04:00)
Bakı – APA. Klassik Xalq Cəbhəsi Partiyası İdarə Heyətinin növbəti toplantısı keçirilib. KXCP-dən APA-ya verilən məlumata görə, toplantıda qərarların icrası, ölkədəki ictimai-siyasi durum və qarşıda duran vəzifələr müzakirə edilərək müvafiq qərarlar qəbul olunub.

20 yanvar faciəsinin ildönümü ilə bağlı həmin gün saat 12 00-da Şəhidlər Xiyabanının ziyarət edilməsi qərara alınıb.

Toplantıda yanvarın 29-da saat 11 00-da KXCP Ali Məclisinin sessiyasının keçirilməsi qərarlaşdırılıb.

Yığıncaqda yeni yaradılmış Demokratik Cəmiyyət Uğrunda Müqavimət Hərəkatı ilə bağlı fikir mübadiləsi də aparılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR