Bank Of Baku

YAP Yasamal rayon təşkilatının VIII hesabat konfransı keçirilib - FOTOSESSİYA

YAP Yasamal rayon təşkilatının VIII hesabat konfransı keçirilib - <font color=red>FOTOSESSİYA</font>
# 17 yanvar 2012 13:01 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA. Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) Yasamal rayon təşkilatının VIII konfransında rayon təşkilatının İdarə Heyətinin sədri, İdarə Heyətinin üzvləri, Təftiş Qrupunun üzvləri və Rayon Təşkilat Şurasının yeni heyəti təsdiqlənib. APA-nın məlumatına görə, tədbirdə səsvermədən qabaq YAP-ın Yasamal Rayon Təşkilatının son 5 il ərzində gördüyü işlər haqqında hesabat xarakterli məlumatlar verilib. Rayon partiya təşkilatının İdarə Heyətinin sədri Fikrət İsmayılov bildirib ki, partiyanın VII iclası 2008-ci ilin iyul ayında keçirilib. Həmin müddətdən indiyədək rayon partiya təşkilatı tərəfindən 51 iclas keçirilib, xeyriyyəçilik işləri, o cümlədən müntəzəm olaraq məcburi köçkünlərə, yataq xəstələrinə və aztəminatlı ailələrlə maddi yardımlar göstərilib.
F. İsmayılov görülmüş işlərlə yanaşı rayon partiya təşkilatının işində bir sıra qüsurların olduğunu da bildirib: «Ümid edirəm ki, rayon partiya təşkilatına seçiləcək yeni heyət gələcəkdə bu səhvlərə yol verməyəcək».
Sonra rayon təşkilatının Təftiş Qrupunun rəhbərinin hesabatı dinlənilib.
Hesabatda bildirilib ki, partiyanın yeganə gəlir mənbəyi üzvlərdən toplanan üzvlük haqlarıdır. Rayon təşkilatının VII iclasında üzvlərin sayı 21025 nəfər elan edilib. Hazırda isə üzvlərin sayı 25 mindən çoxdur. Bu müddət ərzində rayon partiya təşkilatının (üzvlük haqlarından toplanan vəsait) mədaxili 485 min manat, məxarici isə 72,380 min manat olub.
Rayon təşkilatının gəclər və qadınlar şuralarının sədrləri, Yasamal rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyev, partiyanın İdarə Heyətinin üzvü Abel Məhərrəmov təşkilatın gördüyü işlər barədə geniş məruzə ilə çıxış ediblər.
Çıxış edənlər partiyanın rayon təşkilatının son 5 il ərzində görülən işləri məqbul hesab ediblər.
Keçirilən səsvermənin nəticələrinə əsasən Fikrət İsmayılov yenidən rayon təşkilatının İdarə Heyətinin sədri seçilib. Daha sonra səsvermədə 127 nəfər Rayon təşkilat Şurasının yeni üzvü, 9 nəfər Təftiş Qrupunun üzvü, 31 nəfər isə İdarə Heyətinin üzvü kimi təsdiqlənib.
Tədbirin sonunda YAP-ın Yasamal Rayon Təşkilatının VIII konfransının nümayəndələri adından ölkə başçısına müraciət də ünvanlanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR