Baş Dövlət Yol Polisi İdarəsində geniş əməliyyat müşavirəsi keçirilib
Hesabat dövründə görülmüş işlər və qarşıda duran vəzifələr barədə danışan Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, polis general-mayoru Ramiz Zeynalov bildirib ki, DYP-nin maddi texniki bazası son illər ərzində tamamilə yeniləşərək müasirləşib, xidmətin «elektron hökumət» dövlət proqramına uyğun qurulması, qayda pozuntularının müasir texniki vasitələrlə aşkarlanması və digər istiqamətlərdə uğurlu islahatlar aparılıb.
Baş İdarədə mərkəzləşdirilmiş elektron məlumat bazasının yaradılması respublikanın istənilən ərazisindən nəqliyyat vasitələri, onların sahibləri və sürücüləri barədə operativ məlumat almaq imkanı verir.
Qeyd olunub ki, 2011-ci il ərzində yol hərəkətinə nəzarət prosesində DYP əməkdaşları 892 min 409 yol hərəkəti qayda pozuntusu, o cümlədən nəqliyyat vasitələrinin sərxoş sürücülər tərəfindən idarə edilməsi üzrə 18 min 233, müəyyən olunmuş sürət həddinin aşılması üzrə 100 min 755, ötmə qaydalarının pozulması üzrə 13 min 940 fakt aşkar ediblər.
Hərəkətin təhlükəsizliyinin təmini ilə yanaşı yollarda baş vermiş digər cinayət hallarına qarşı mübarizə sahəsində də bir sıra işlər görülmüş, DYP əməkdaşları tərəfindən 12 ədəd Kalaşnikov avtomatı, 4 tüfəng, 6 tapança, 1 əl qumbarası, 1429 ədəd müxtəlif çaplı patron aşkar edilərək istintaq orqanlarına təhvil verilib. Polisin digər xidmətləri ilə birgə 36 fakt üzrə 43 kiloqramdan çox narkotik maddə aşkar olunub. 2011-ci il ərzində Baş İdarəyə 181 nəqliyyat vasitəsinin oğurlanması və qaçırılması barədə məlumat daxil olub ki, onlardan da 168-i tapılıb.
Bildirilib ki, ötən il 73 min 337 avtomobil ilkin qeydiyyata alınıb, respublikanın avtomobil parkının sayı 1 milyon 49 mindən artıq olub. Qeydiyyat-imtahan hissələrində avtonəqliyyat vasitələrinin qeydiyyat hərəkətləri zamanı məlumat bazası ilə axtarışda olan 65 nəfər və 258 avtomobil saxlanılıb, habelə aqreqat nömrələrinin qeydiyyat sənədləri ilə uyğunsuzluğu üzrə 412 fakt aşkar olunaraq materiallar araşdırılması üçün təhqiqat orqanlarına göndərilib.
Avtomobillərin texniki vəziyyətinə nəzarətin artırılması, texniki baxışın keyfiyyətinin yüksəldilməsi məqsədilə 15 cərgəlik ən müasir tələblərə cavab verən yeni diaqnostika stansiyası istifadəyə verilib. Cari ildən qanunverciliyin tələblərinə uyğun olaraq texniki baxışın yalnız tam şəkildə müvafiq şərait yaradılmış xüsusi məntəqələrdə keçirilməsi nəqliyyat vasitələrinin nasaz vəziyyətdə istismar olunması hallarının qarşısının alınmasına xidmət edəcək və şəffaflığın təmin olunmasına, neqativ halların aradan qalxmasına şərait yaradacaq.
Nazirliyin rəhbərliyinin tapşırığna müvafiq olaraq, hərəkətin təhlükəsizliyinin təbliği məqsədilə kütləvi informasiya vasitələrinin, xüsusilə televiziyanın köməyindən istifadə etməklə əhali arasında geniş izahat işləri aparılıb, qəza hallarının baş verməsinə səbəb olan qayda pozuntularının izahına dair videoanimasiyalar və süjetlər televiziya kanallarında mütəmadi yayımlanıb, Bakı şəhərinin yol ayrıclarında quraşdırılan videokameralardan istifadə olunmaqla mövcud hərəkət sıxlıqları, qeydə alınan yol-nəqliyyat hadisələri və qayda pozuntuları barədə əhaliyə gündəlik məlumatların verilməsi davam etdirilib.
2011 ildə yol-nəqliyyat hadisələrinin, bu zaman ölən və yaralananlarının sayının artması da qeydə alınıb. Belə ki, il ərzində ölkə ərazisində 2890 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1016 nəfər həlak olub, 3031 nəfər yaralanıb. 2010-cu illə müqayisədə yol-nəqliyyat hadisələrinin sayı 169 (6,2%), həlak olanların sayı 91 nəfər (9,8%), yaralananların sayı isə 160 nəfər (5,6%) artıb.
Respublika üzrə qeydə alınan yol-nəqliyyat hadisələrinin 93,6% (2707) sürücülərin yol hərəkəti qaydalarını pozmaları, o cümlədən 45% (1302) nəqliyyat vasitələrinin yüksək sürətlə idarə olunması, 23,2%(671) ötmə və qarşıdan gələn nəqliyyatın yoluna çıxma, 3% (88) nəqliyyat vasitələrinin sərxoş vəziyyətdə idarə olunması səbəbindən baş verib. Hadisələrin 38,7% (1119) piyadaların vurulması təşkil edib, nəticədə 392 piyada həlak olub, 803-ü yaralanıb.
Bildirilib ki, DYP əməkdaşlarının sosial problemlərin həllinin dövlətin daim nəzarətdə saxlanmasına, müvafiq fərmanla cərimələrdən toplanmış maliyyə vəsaitinin 25% aylıq vəzifə maaşlarına əlavə edilməsinə baxmayaraq hələ də bəzi əməkdaşlar tərəfindən xidmətdə neqativ hərəkətlərə yol verilib. Ötən il bu və digər nöqsanlara görə 697 əməkdaş cəzalandırılıb, 39 nəfər daxili işlər orqanlarında xidmətdən xaric edilib, 20 əməkdaş isə tutduğu vəzifədən azad olunub.
Müşavirəyə yekun vuran daxili işlər naziri Ramil Usubov Dövlət Yol Polisi xidmətinin hərəkətin təhlükəsizliyinin təmin olunmasında mühüm funksiyalar həyata keçirdiyini, şəxsi heyətin bu yöndə qarşıya qoyulan vəzifələrin öhdəsindən ümumən gəldiyini bildirib, lakin bəzi nöqsan və çatışmazlıqların da olduğunu xatırladıb, onların aradan qaldırılması üçün müvafiq tapşırıq və tövsiyələrini verib.
Daxili siyasət
Bakının işğaldan azad edilməsindən 108 il ötür
Gəncədə Rus-Pravoslav Kilsəsinin 139 illiyi münasibətilə tədbir keçirilib
BMTMM-nin sədrinə 3 müavin təyin edilib - EKSKLÜZİV
Prezidentin xüsusi nümayəndəsi: Xankəndi şəhərində 28 min insan yaşayır
Xəbər Lenti
Hikmət Hacıyev: Qarabağda və digər bölgələrdə Qafqaz Albaniyasının zəngin xristian irsinin izləri görünür
İlk tədris günündə avtobuslarla rekord sayda sərnişin daşınıb
Ukrayna enerji atəşkəsi ilə bağlı Rusiyadan obyektlərin siyahısını gözləyir
ADY: Şəhərətrafı qatar reyslərinin sayı artırılır - CƏDVƏL
"Reuters": Ukraynanın hücumundan sonra Rusiyada daha iki neft zavodu fəaliyyətini dayandırıb
Firudin Qurbanov Türkiyə-Azərbaycan Universitetinin Bilik Günü tədbirində iştirak edib
Ötən gün metro ilə 605 min nəfərdən çox sərnişin daşınıb
Moskva Avropanı "çox qısamüddətli" müharibə ilə hədələyib
Ermənistanda ağır yol qəzasında 4 nəfər ölüb, 1 nəfər yaralanıb
Seyyid Yəhya Bakuviyə həsr olunmuş konfransın iştirakçıları Şuşa şəhəri ilə tanış olublar - FOTO
Ceyhun Bayramov Pan-Afrika Parlamentinin prezidenti ilə görüşüb
Lavrov: Rusiya Ermənistanın Aİ üzvlüyünə hazırlıq prosesini maliyyələşdirmək niyyətində deyil
Mərkəzi Bank və İİB Qrupu arasında gələcək əməkdaşlıq perspektivləri müzakirə olunub
Türkiyənin Naxçıvandakı baş konsulunun diplomatik fəaliyyəti başa çatır
Şəmkirdə evdə yanğın olub, bir nəfər xəsarət alıb
AFP: Fransada anomal istilərdə 8 min ölüm halı qeydə alınıb
Paşinyan: Mən heç vaxt Rusiyanın hərbi bazasının Ermənistandan çıxarılması məsələsini qaldırmamışam
AZSET proqramının ilk tələbələri ilə görüş keçirilib - FOTO
Gürcüstan DTX-nın keçmiş rəhbəri 13 il müddətinə azadlıqdan məhrum olunub
Badamdarda yaşayış binasında partlayış baş verib, 20 yaşlı şəxs xəsarət alıb - YENİLƏNİB
İsveç İran səfirliyinin əməkdaşını ölkədən çıxarır
Lavrov: Tramp administrasiyası Baydenin Rusiyaya qarşı sanksiyalarını davam etdirir
Seyid Yəhya Bakuviyə həsr olunmuş beynəlxalq konfransın iştirakçıları Xankəndidə olublar - FOTO
Gürcüstan XİN başçısı: Cənubi Qafqazın Avropanın təhlükəsizliyi üçün əhəmiyyəti nəzərə alınmalıdır
Sahibə Qafarova Pan-Afrika Parlamentinin Prezidenti ilə görüşüb
"Reuters": ABŞ rəsmiləri ilə husilər Omanda görüşüb
SOCAR Kot-d’İvuardakı “Baleine” yatağında 10% pay əldə edib
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə reyslər təşkil ediləcək
Kavelaşvili: Gürcüstanla Azərbaycanı ortaq regional maraqlar birləşdirir
Deputat: Artıq narkobaronlarla mübarizə aparmalıyıq
Qarabağa səfər edən diplomatlara hücumlar: Ermənistan sülhə hazır deyil - TƏHLİL
Gürcüstan Prezidenti Azərbaycana yeni təyin olunmuş səfirlə görüşüb
Türkiyə və İran XİN rəhbərləri regional təhlükəsizliyi müzakirə edib
Tıxacda vaxt itirmək istəməyənlər üçün Biləcəridə yeni mənzil imkanları
Özəlləşdirilmiş müəssisələrə son 5 ildə 145 mln. manatdan çox investisiya yatırılıb
İranda 1 000 xalq batalyonu yaradılacaq
Özəlləşdirmənin uğurlu nəticəsi: investisiya müsabiqəsi ilə özəlləşən müəssisə yenidən qurulub - FOTO
Ülvi Quliyev “Şöhrət” ordeni ilə təltif edilib
Magistratura və doktoranturanı bitirmiş zabitlərin hərbi rütbədə olma müddəti 1 il azaldılacaq
"Yelo Bank"ın Müşahidə Şurasında dəyişiklik olub
Seyid Yəhya Bakuvi ilə bağlı konfransın iştirakçıları Xocalı Memorial Kompleksini ziyarət ediblər - FOTO
Həlak olan minatəmizləyənlərin ailə üzvlərinə Prezident təqaüdünün təyini üçün sənədlər müəyyənləşib
Yardımlı Rayon İcra Hakimiyyətində əməliyyat zamanı saxlanılan vəzifəli şəxslərlə bağlı qərar verilib
ADMİU-nun birinci kurs tələbələri barədə aşağılayıcı ifadələr işlədən şəxslərə xəbərdarlıq edilib
Mədəniyyət Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısı dəyişib
Qarayazı Dövlət Təbiət Qoruğunun sanitariya-mühafizə zonası təsdiq edilib
ABB partnyorları ilə görüş keçirib