Bank Of Baku

TQDK-da 20 yanvar faciəsinə həsr olunmuş anım mərasimi keçirilib

TQDK-da 20 yanvar faciəsinə həsr olunmuş anım mərasimi keçirilib
# 19 yanvar 2012 13:25 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında (TQDK) 20 yanvar faciəsinin 22-ci ildönümünə həsr olunmuş anım mərasimi keçirilib. TQDK-nın mətbuat xidmətindən APA-ya verilənxəbərə görə, tədbirdə çıxış edən TQDK-nın sədr müavini Namiq Babayev 20 yanvar faciəsinin səbəbləri, sovet imperiyasına rəhbərlik edən şəxslərin Azərbaycan xalqına qarşı məkrli siyasəti, xalqımızın düçar olduğu faciənin ağır nəticələri barədə danışıb. N. Babayev bu günün Azərbaycan tarixində ölkənin azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə qəhrəmanlıq rəmzi olaraq mühüm əhəmiyyətini və bu dəhşətli faciənin yaddaşlardan heç zaman silinməyəcəyini qeyd edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR