Bank Of Baku

Lənkəranda «20 Yanvar faciəsi xalqımızın azadlıq mübarizəsinin qəhrəmanlıq səhifəsidir» mövzusunda dəyirmi masa keçirilib

Lənkəranda «20 Yanvar faciəsi xalqımızın azadlıq mübarizəsinin qəhrəmanlıq səhifəsidir» mövzusunda dəyirmi masa keçirilib
# 19 yanvar 2012 22:32 (UTC +04:00)
Lənkəran. Ağəddin Babayev – APA. Yanvarın 19-da Yeni Azərbaycan Partiyası (YAP) Lənkəran şəhər təşkilatının konfrans zalında YAP Lənkəran şəhər təşkilatı Gənclər Birliyi və Lənkəran şəhər Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Qanlı Yanvar hadisələrinin 22-ci ildönümünə həsr olunmuş «20 Yanvar faciəsi xalqımızın azadlıq mübarizəsinin qəhrəmanlıq səhifəsidir » mövzusunda dəyirmi masa keçirilib. APA-nın cənub bürosunun məlumatına görə, tədbiri giriş sözü ilə açan YAP Lənkəran şəhər təşkilatı Gənclər Birliyinin sədri Yalçın Əliyev 20 Yanvar faciəsinin başvermə səbəbləri, keçmiş Sovet ordusunun Bakıda törətdiyi cinayətlər haqqında danışıb.
YAP Lənkəran şəhər təşkilatının ərazi ilk təşkilatının sədri Güloğlan Bağırov mövzu barədə geniş məruzə ilə çıxış edib. Natiq bu faciəyə siyasi-hüquqi qiymətin ilk olaraq ümummilli lider Heydər Əliyev tərəfindən verildiyini xüsusi vurğulayaraq, hadisələrin yaranma şəraitindən söz açaraq, gəncləri bu qanlı tarixi unutmamağa çağırıb.
Tədbirdə həmçinin YAP Lənkəran şəhər təşkilatı Gənclər Birliyinin sədr müavini Samir Salayev, İdarə Heyətinin üzvü Aygün Əliyeva, gənc fəallardan Uğur Qurbanzadə və başqaları çıxış edərək Qanlı Yanvar hadisələrində şəhid olmuş həmvətənlərimizin qəhrəmanlığından danışıblar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR