Bank Of Baku

Şəhidlər Qarabağ bölgəsində də anılıb

Şəhidlər Qarabağ bölgəsində də anılıb
# 20 yanvar 2012 14:53 (UTC +04:00)
Ağdam. Teymur Zahidoğlu - APA. Ağdam, Ağcabədi, Tərtər və Bərdə rayonlarında 20 yanvar şəhidlərinin abidələri ziyarət edilib. APA-nın Qarabağ bürosunun xəbərinə görə, Ağdamda reallaşan mərasimə rayon İcra Hakimiyyətinin başçısı, idarə və müəssisə rəhbərləri, eləcə də ictimaiyyət nümayəndələri qatılıb. Rayon İcra Hakimiyyətinin başçısı Nizami Sadıqov vətən fədailərinin şücaətindən danışıb. Tədbir Ağdam Dövlət Dram Teatrında şəhidlərə həsr olunmuş tamaşa-kompozisiya ilə davam edib.

Bölgənin digər şəhər və rayonlarında da şəhidlərin xatirəsinə həsr olunan müxtəlif tədbirlər keçirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR