Bank Of Baku

ADP hakimiyyəti Türkiyəyə əməli dəstək olmağa çağırıb

ADP hakimiyyəti Türkiyəyə əməli dəstək olmağa çağırıb
# 23 yanvar 2012 14:07 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Azərbaycan Demokrat Partiyası İdarə Heyətinin növbəti toplantısı keçirilib. Partiyanın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, İdarə Heyəti Fransa Senatında müzakirə olunacaq uydurma “erməni soyqırımı” məsələsi ilə bağlı Azərbaycanın dövlət rəsmilərini əməli olaraq Türkiyəyə dəstək olmağa çağırıb.

İclasda Rusiyanın Qafqazda hərbi təlimlər keçirməsindən narahatlıq bildirilib və qeyd olunub ki, ABŞ-ın İrana hərbi müdaxilə ehtimalına əsaslanaraq Azərbaycanla sərhəd boyunca Rusiyanın iri miqyaslı hərbi təlimlərə başlaması narahatlıq yaradır: “Bu təlimlər Cənubi Qafqaz ölkələrini təhdid altında saxlamağa xidmət edir”.

İdarə Heyəti İran tərəfindən Azərbaycanın dövlət saytlarına olan kiber hücumlardan və ölkə ərazisində fəaliyyət göstərən xarici vətəndaşlara qarşı terror hazırlığı faktlarından narahatlıq duyduğunu da vurğulayıb. Partiya MTN-in terror dəstələrinin zərərsizləşdirilməsi istiqamətində atdığı addımları təqdir etməklə hakimiyyəti terrora qarşı mübarizədə fundamental tədbirlər görməyə, bu sahədə beynəlxalq təşkilatlarla səmərəli əməkdaşlıq etməyə çağırıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR