Bank Of Baku

Milli Məclisin yaz sessiyasında “Bələdiyyələrin hesabatları haqqında” qanun layihəsinin müzakirəsi planlaşdırılır

Milli Məclisin yaz sessiyasında “Bələdiyyələrin hesabatları haqqında” qanun layihəsinin müzakirəsi planlaşdırılır
# 24 yanvar 2012 09:44 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA. Milli Məclisin Regional məsələlər komitəsinin iclası keçirilib. APA-nın məlumatına görə, iclasda 2011-ci il payız sessiyası dövründə komitədə görülən işlər barədə hesabat dinlənilib və 2012-ci il yaz sessiyası üçün iş planının layihəsinə baxılıb.

İclasda çıxış edən komitə sədri Arif Rəhimzadə bildirib ki, ötən sessiyada 17 məsələ, o cümlədən 15 qanun layihəsi müzakirə olunub. Hesabat dövründə bələdiyyələrin fəaliyyətini tənzimləyən bir sıra qanunlara əlavə və dəyişikliklər edilib.

A. Rəhimzadə qeyd edib ki, parlamentin yaz sessiyasında “Bələdiyyələrin hesabatları haqqında” qanun layihəsinin müzakirəyə çıxarılması planlaşdırılır. Bundan başqa, respublikanın inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi barədə qanunlara, eləcə də digər qanunvericilik aktlarına dəyişikliklərin edilməsi gözlənilir.

Komitə sədri onu da vurğulayıb ki, komitə üzvlərinin təklifləri nəzərə alınaraq 2012-ci ilin dövlət büdcəsində bələdiyələrə dotasiyaların verilməsi üçün nəzərdə tutulmuş vəsaitin həcmi 3,5 milyon manatdan 5 milyon manata qaldırılıb.

Deputat Fəttah Heydərov isə deyib ki, komitə 2011-ci ilə uğurla yekun vurub və komitənin hesabatını müsbət qəbul etmək olar.

İclasda çıxış edən deputatlar, Ədliyyə Nazirliyinin və bələdiyyə assosiasiyalarının nümayəndələri ötən il bələdiyyələrlə iş sahəsində görülən işləri müsbət qiymətləndiriblər.

Sonda komitənin hesabatı bəyənilib, qanunvericilik işləri planı təsdiqlənib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR