Bank Of Baku

İctimai Palatanın Koordinasiya Şurasının fövqəladə iclası keçirilib

İctimai Palatanın Koordinasiya Şurasının fövqəladə iclası keçirilib
# 24 yanvar 2012 14:52 (UTC +04:00)
Bakı. Ramil Məmmədli - APA. Bu gün İctimai Palatanın Koordinasiya Şurasının fövqəladə iclası keçirilib.

APA-nın məlumatına görə, iclasda Fransa Senatında “Qanunla tanınmış soyqırımların mövcudluğunun təkzib edilməsinə görə cəza nəzərdə tutan” qanun layihəsinin qəbulu müzakirə mövzusu olub.

İclasda bu məsələ ilə bağlı bir sıra tədbirlərin həyata keçirilməsi qərara alınıb. Qərara əsasən, yanvarın 25-də Fransanın Azərbaycandakı səfirliyinin binası qarşısında aksiya keçiriləcək, yanvarın 26-da Bakıdakı Türkiyə səfirliyinin binası qarşısından Fransa səfirliyinə qədər yürüş təşkil ediləcək.

İctimai Palatanın Avropada fəaliyyət göstərən təşkilatlarına da iclasda müvafiq göstərişlər verilib. Göstərişlərə əsasən, təşkilatlar Fransa Senatının bu qərarına etiraz əlaməti olaraq, aksiyalar, tədbirlər keçirməlidirlər.

Yığıncaqda Fransa Senatının bu addımını qınayan bəyanat da qəbul edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR