Bank Of Baku

İctimai Palata Fransa Senatında qondarma “erməni soyqırımı” barədə qəbul olunan qanuna etiraz bəyanatı yayıb

İctimai Palata Fransa Senatında qondarma “erməni soyqırımı” barədə qəbul olunan qanuna etiraz bəyanatı yayıb
# 24 yanvar 2012 16:54 (UTC +04:00)
Bakı-APA. İctimai Palata (İP) Fransa Senatında qondarma “Erməni soyqırımı”nın inkarının kriminallaşdırılması haqqında qanunun qəbul edilməsi ilə bağlı bəyanat qəbul edib.

İP-dən APA-ya verilən məlumata görə, qurum Fransada sözdə “erməni genosidi”nin inkarına görə cəza müəyyən edilməsini nəzərdə tutan qanunun qəbul olunmasın qətiyyətlə pisləyir: “Mövcud dövlətlərarası konfliktlərin, o cümlədən Türkiyə - Ermənistan və Azərbaycan - Ermənistan Dağlıq Qarabağ münaqişəsinin nizama salınması üçün səylər göstərildiyi, kompromislər, həll yolları arandığı bir zamanda bu qanun münaqişələrin uzanmasına, körükləmənsinə, təcavüzkarın şirnikləndirməsinə xidmət edir və müharibə təhlükəsini artırır.

Azərbaycan xalqı həmişə olduğu kimi bu gün və bu məsələdə də qardaş Türkiyənin yanındadır və yanında olacaq. Eyni zamanda İctimai Palata bəyan edir ki, bu üzdəniraq qanunu yalnız Türkiyəyə qarşı yox, həm də Azərbaycanın əleyhinə yönəlmiş düşmənçilik aktı kimi qəbul edir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR