Bank Of Baku

Aslan İsmayılov: “Ziyalılar Forumundan çıxmağıma fikir ayrılığı səbəb olub”

Aslan İsmayılov: “Ziyalılar Forumundan çıxmağıma fikir ayrılığı səbəb olub”
# 26 yanvar 2012 13:21 (UTC +04:00)
Bunu APA-ya açıqlamasında vəkil Aslan İsmayılov deyib.

O, Ziyalılar Forumunun müsbət işlər gördüyünü, Forumla bağlı mənfi bir şey danışmaq istəmədiyini söyləyib: “Forumdan çıxmağımla bağlı geniş danışmaq niyyətində deyiləm”.

Ziyalılar Forumunun üzvü Cəmil Həsənli isə APA-ya açıqlamasında kiminsə bu təşkilatdan çıxmasının normal bir hal olduğunu söyləyib: “Aslan bizim dostumuzdur. Onun Forumda olub-olmamağı bu dostluğa heç bir xələl gətirmir. İkincisi, Forum elə bir təşkilat deyil ki, kimsə ora rəsmi qaydada daxil olsun, yaxud çıxsın. Hər kəs özü bura gəlməyə, yaxud gəlməməyə qərar verir. Burada partiya prinsipi yoxdur ki, kimsə Foruma girsin, yaxud çıxsın”.

C. Həsənli A. İsmayılovun “Forumdan çıxmağıma fikir ayrılığı səbəb olub” fikirlərinə isə konkret münasibət bildirməyib: “O, bir neçə iclasda iştirak etməklə bağlı qərar verdi. Sonra da qərar verdi ki, iştirak etməsin. Orada bir şöbə yoxdur ki, bunu qəbul etsin, üzvlük bileti versin və s. Bu, insanların, bir qrup ziyalının könüllü birliyidir”.

Forumun koordinatoru Eldar Namazov isə C. Həsənlinin söylədiklərindən əlavə heç nə deyə bilməyəcəyini bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR