Bank Of Baku

İctimai Palatanın etiraz aksiyası təxirə salınıb

İctimai Palatanın etiraz aksiyası təxirə salınıb
# 30 yanvar 2012 10:59 (UTC +04:00)
Bakı. Ramil Məmmədli - APA. İctimai Palatanın Fransanın uydurma “erməni soyqırımı” haqda qərarı ilə bağlı bu günə təyin olunan yürüş-aksiyası təxirə salınıb. Bu barədə APA-ya İctimai Palatanın katibi, Müsavat Partiyası başqanın müavini Gülağa Aslanlı məlumat verib. O bildirib ki, bu gün saat 15.00-a təyin olunan aksiyanın keçirilməsi məqsədilə Bakı şəhər İcra Hakimiyyətinə ünvanlanan müraciətə cavab verilməyib: “Aksiyanın təşkilat komitəsi Bakı şəhər İcra Hakimiyyəti ilə əlaqə yaratmaq istəsə də, buna nail ola bilmir. İH rəsmiləri qanunsuz olaraq yayınırlar. Yanvarın 25-də müraciət etsək də, hələ cavab verilməyib. Bu, o deməkdir ki, aksiyanın keçirilməsi razılaşdırılmayıb”.

G. Aslanlı deyib ki, aksiyanın başqa vaxt keçirilməsi nəzərdə tutulur: “İctimai Palatanın Koordinasiya Şurasının növbəti yığıncağında bu məsələ müzakirə olunacaq və qərar veriləcək”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR