Bank Of Baku

Bahar Muradova: “Milli Məclis 2011-ci ilin payız sessiyası kifayət qədər uğurlu və səmərəli keçib”

Bahar Muradova: “Milli Məclis 2011-ci ilin payız sessiyası kifayət qədər uğurlu və səmərəli keçib”
# 30 yanvar 2012 11:16 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. “Milli Məclis 2011-ci ilin payız sessiyası kifayət qədər uğurlu və səmərəli keçib”. APA-nın xəbərinə görə, bunu Milli Məclisin (MM) 2011-ci ilin payız sessiyasının yekunları və 2012-ci ilin yaz sessiyasının başlanması ilə əlaqədar keçirilən mətbuat konfransında MM-in vitse-spikeri Bahar Muradova deyib. O bildirib ki, 2011-ci ilin payız sessiyasında MM 12 iclas keçirib, bu iclaslarda 107 qanun və qərar qəbul olunub. 24 beynəlxalq müqavilə və konvensiya təsdiqlənib. Milli Məclisin komitələrində 56 iclası keçirilib, 166 məsələ müzakirə olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR