Bank Of Baku

BAXCP: İşğalçı Ermənistana hərtərəfli dəstək verilməsi İranın düşünülmüş anti-Azərbaycan və anti-islam siyasətinin tərkib hissəsidir

BAXCP: İşğalçı Ermənistana hərtərəfli dəstək verilməsi İranın düşünülmüş anti-Azərbaycan və anti-islam siyasətinin tərkib hissəsidir
# 30 yanvar 2012 12:03 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) İdarə Heyətinin növbəti iclası keçirilib. BAXCP mətbuat xidmətindən APA-ya verilən məlumata görə, iclasda müzakirəyə çıxarılan ilk məsələ İrandan (Təbriz) Ermənistana neft kəmərinin çəkilməsi ilə bağlı olub: “İşğalçı Ermənistana hərtərəfli dəstək verilməsi İranın fars-molla rejiminin düşünülmüş anti-Azərbaycan və anti-islam siyasətinin tərkib hissəsidir və bu baxımdan yürüdülən siyasətin dayandırılması üçün rəsmi Tehrana müraciət ünvanlamağın heç bir mənası yoxdur”.

Yığıncaqda partiya adından Güney Azərbaycan türklərinə müraciət də ünvanlanıb: “Güney Azərbaycan türklərini rejimin həyata keçirmək istədiyi anti-Azərbaycan layihəsinə qarşı çıxmağa çağırırıq. Ermənistana Təbriz ərazisindən neft kəməri çəkməklə Güney Azərbaycan türklərinin iradəsini sındırmaq, milli-mənəvi birliyimizi, bütövlüyümüzü sarsıtmaq niyyəti güdülür. Ümid edirik ki, bu mənfur siyasətin qarşısının alınması üçün əlinizdən gələni əsirgəməyəcəksiniz”.

İdarə Heyətinin müzakirəsinə çıxarılan sonuncu məsələ Fransa Senatının uydurma “erməni soyqırımı”nın kriminallaşdırılması ilə bağlı qəbul etdiyi qanun və bu məsələ ətrafında aparılan müzakirələrlə əlaqədar olub. BAXCP bəzi siyasi qüvvələrin Azərbaycan hökumətini ölkənin imkanları çərçivəsində qardaş Türkiyəyə dəstək verməyə çağırmaq əvəzinə, ölkədaxili siyasi mübarizədə Türkiyədən dəstək almaq üçün “yarınma” siyasəti yürütdüklərini, bununla da iki qardaş ölkə arasında münasibətlərin inkişafına xidmət etmədiklərini vurğulayıb. İclasda təəssüflə bəyan edilib ki, dünyanın acı reallıqları Azərbaycandan çox böyük və güclü Türkiyəyə də 22 ildən artıq müddət ərzində öz qardaşına torpaqlarını işğaldan azad etmək üçün effektli yardım göstərməyə imkan verməyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR