Bank Of Baku

Müsavat başqanı Türkiyədə səfərdə olub

Müsavat başqanı Türkiyədə səfərdə olub
# 31 yanvar 2012 08:23 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. Müsavat Partiyasının başqanı İsa Qəmbərin Türkiyəyə səfəri başa çatıb. Müsavat başqanının müavini Mehman Cavadoğlunun APA-ya verdiyi məlumata görə, İ. Qəmbər Böyük Birlik Partiyasının qurultayına qatılıb və qurultayda nitq söyləyib. O, qardaş ölkədə Məhəmməd Əmin Rəsulzadənin qəbrini də ziyarət edib.

Bundan başqa, İ. Qəmbər Türkiyənin ana müxalifət partiyası olan Cümhuriyyət Xalq Partiyasının (CXP) sədri Kamal Kılıcdaroğlu ilə də görüşüb.

Türkiyədə olarkən İ. Qəmbər bir sıra KİV-ə müsahibələr də verib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR