Bank Of Baku

Əhməd Oruc: “Bu gün İctimai Palata qrantalma mexanizminə çevrilib”

Əhməd Oruc: “Bu gün İctimai Palata qrantalma mexanizminə çevrilib”
# 31 yanvar 2012 09:39 (UTC +04:00)
Bakı. Ramil Məmmədli-APA. “İqtidarla mübarizə aparan qurumlar və adamlar dərk etməlidirlər ki, müxalifətin əsas hissəsi İctimai Palatada toplaşıbsa, onlar da buna güc qatmaqla mübarizəni effektiv təşkil edə bilərlər, nəinki kənarda bir qurum yaratmaqla”.

Bu açıqlamanı APA-ya İctimai Palatanın üzvü, Müsavat Partiyası başqanının müavini Tofiq Yaqublu verib. Demokratik Cəmiyyət Uğrunda Müqavimət Hərəkatının təsis olunmasın münasibət bildirən T. Yaqublu deyib ki, elementar məntiq müxalifətin gücünün İctimai Palatada olduğunu diktə edir: “Buna baxmayaraq, uğurlar arzulayıram, buyursunlar, nə bacarırlar etsinlər. Sözsüz ki, hakimiyyətə qarşı mübarizə bizim inhisarımızda deyil və hər bir Azərbaycan vətəndaşı, onun siyasi, ictimai qurumları özləri bildikləri kimi mübarizə apara bilərlər. Sadəcə bu bir faktdır ki, Müsavat Partiyası və AXCP mübarizənin ən optimal yolunu İctimai Palatanın yaradılmasında görür”.

Demokratik Cəmiyyət Uğrunda Müqavimət Hərəkatın İdarə Heyətinin üzvü, Azadlıq Partiyasının sədri Əhməd Oruc isə deyib ki, müqavimət hərəkatında təmsil olunan partiya liderləri hər zaman İctimai Palatanı müttəfiq hesab etdiklərini, istənilən tədbirlərində iştirak etməyə və dəstək verməyə hazır olduqlarını bildiriblər: “Mən İctimai Palatanın təsisçilərindən olmuşam. Bu gün İctimai Palata qrantalma mexanizminə çevrilib və həmin istiqamətin doğru olmadığını orada təmsil olunan zaman bildirmişdim”.

Ə. Oruc qeyd edib ki, Tofiq Yaqublu siyasi elitada təmsil olunmayan adamdır və ona görə də bilmədiyi şeylərdən danışıb: “Bütün siyasi arena bilir ki, İctimai Palatada mübarizə imitasiyası var və real mücadilə yoxdur. “Ərəb inqilabı”nın məhz Azərbaycanda olacağı gözləntisi ilə AXCP-Müsavat digər partiyaları İctimai Palatadan təcrid etməyə başladılar. Azərbaycanda özlərinin iştirakı ilə inqilab baş verəcəyi haqqında xəyala daldılar. Sonradan bu baş vermədi. AXCP və Müsavat Partiyasının sədrləri Bakı Şəhər Baş Polis İdarəsinə çağırılıb izahat alındıqdan sonra bütün aksiyalar dayandırıldı. Onlara kifayət qədər bələdəm, onlar da bizi yaxşı tanıyır. Siyasi səhnədə 20 ildir qeyri-səmimi, qeyri-real, ictimai rəyi aldadan, hakimiyyətlə alverə gedəcək adamlar olubsa, bunlar AXCP və Müsavat Partiyasının rəhbərliyində təmsil olunanlar olub”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR