Bank Of Baku

AMİP və İsveç Moderat Partiyasının təşkilatçılığı ilə konfrans keçirilib - FOTO

AMİP və İsveç Moderat Partiyasının təşkilatçılığı ilə konfrans keçirilib - <font color=red>FOTO</font>
# 31 yanvar 2012 10:01 (UTC +04:00)
Bakı. Ramil Məmmədli-APA. Azərbaycan Milli İstiqlal və İsveçin Moderat partiyalarının birgə təşkilatçılığı ilə “Qadınların ictimai-siyasi həyatda rolu” və “Gənclərin siyasi proseslərə cəlb olunmasının forma və metodları” mövzularında konfrans başa çatıb.

AMİP mətbuat xidmətindən verilən məlumata görə, konfransın ilk günü tədbir iştirakçıları və qonaqlar Şəhidlər Xiyabanını ziyarət ediblər. Üç gün davam edən konfransda AMİP sədri Yusif Bağırzadə, baş katib Arzuxan Əlizadə, beynəlxalq əlaqələr katibi Elşən Mustafayev və Moderat Partiyasından İsveç parlamentinin deputatı, xanım Elizabet Byornsdotter Rahmın giriş nitqi ilə çıxış ediblər.

Konfransda AMİP Mərkəzi Şura sədri Rəşad Bayramov, AMİP Qadınlar Təşkilatının sədri Aminə Vəliyeva, sədr müavini Ceyran Ənsər, AMİP Gənclər Təşkilatının sədri Əfsəddin Nəbiyevin məruzələri ilə yanaşı E. Byornsdotterin, Moderat partiyasının Stokholm şəhər Dairə Şurasında mətbuat katibi Qustaf Stenlundun, dairə şurasında informasiya şöbəsinin müdiri Klara Vahrenin, Moderat partiyasının layihə meneceri Jonatan Olssonun məruzələri dinlənilib və məruzələr ətrafında fikir mübadiləsi aparılıb.

Konfransda KİV və sosial şəbəkələr, qadınlar və gənclər təşkilatlarının AMİP-in fəaliyyətinə təsiri, bitərəf seçicilərlə iş, güclü təşkilatın qurulması və şəbəkələşmə, eləcə də sağ mərkəzçilik ideyalarının təbliği mövzularında sessiyalar keçirilib.

AMİP sədri Yusif Bağırzadə İsveç Parlamentinin xarici əlaqələr komitəsinin üzvü xanım Elizabet Byornsdotter Rahm arasında görüş də keçirilib.

Görüşdə AMİP və Moderat Partiyası arasında mövcud olan münasibətlərin daha da inkişaf etdirilməsi perspektivləri müzakirə olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR