Bank Of Baku

Azərbaycan Milli Məclisinin yaz sessiyası başlayıb - YENİLƏNİB

Azərbaycan Milli Məclisinin yaz sessiyası başlayıb - <font color=red>YENİLƏNİB</font>
# 01 fevral 2012 09:02 (UTC +04:00)
APA-nın məlumatına görə, dövlət himinin səslənməsi ilə başlayan yaz sessiyasının ilk plenar iclası MM-in spikeri Oqtay Əsədovun sədrliyi ilə keçirilir.

İclasın gündəliyinə 4 məsələ daxil edilib. Bunlar Milli Məclisin İntizam və Hesablayıcı komissiyalarının yenidən təşkili, Milli Məclisin 2012-ci il yaz sessiyasının qanunvericilik işlər planı və “Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında” qanun layihəsinin ikinci oxunuşda müzakirəsidir.

O. Əsədov 2012-ci ilin yaz sessiyasında MM-i çox gərgin və maraqlı iş gözlədiyini deyib. Spiker bildirib ki, yaz sessiyasında MM-də bir neçə qanun layihəsi müzakirə olunacaq, hökumətin, Ombudsmanın hesabatları dinləniləcək.
Qeyd edək ki, MM-in 2012-ci il yaz sessiyasının iş planına ümumilikdə 17 məsələ, o cümlədən Azərbaycan Respublikası qanunlarına dəyişikliklər və əlavələr edilməsi haqqında qanun layihələri salınıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR