Bank Of Baku

Milli Məclisdə Azərbaycan Respublikasının adının dəyişdirilməsi məsələsi qaldırılıb - YENİLƏNİB

Milli Məclisdə Azərbaycan Respublikasının adının dəyişdirilməsi məsələsi qaldırılıb - <font color=red>YENİLƏNİB</font>
# 01 fevral 2012 10:44 (UTC +04:00)
APA-nın məlumatına görə, BAXCP sədri Qüdrət Həsənquliyev dövlətin adının dəyişdirilərək Şimali Azərbaycan Respublikası qoyulmasını təklif edib: "Çünki Azərbaycan ərazilərinin üçdə ikisi indiki İranın tərkibindədir".

BAXCP sədrinin bu təklifinə millət vəkili Fərəc Quliyev də dəstək verib.

Azərbaycan Respublikasının adının dəyişdirilməsi təklifinə Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı da müsbət yanaşıb. Onun sözlərinə görə, Milli Məclisin yaz sessiyasının işlər planına İranla bağlı müzakirələr daxil edilməlidir. Millət vəkili Azərbaycanın İrana qarşı tətbiq olunan sanksiyalara qoşulmasını da məqbul sayır: “Azərbaycan molla rejiminə qarşı sanksiyalarda iştirak etməlidir”.

Hakim partiyadan olan millət vəkili Siyavuş Novruzov da Koreya ilə bağlı belə bir təcrübə olduğunu xatırladaraq Azərbaycan Respublikasının adının dəyişdirilməsi təklifini dəstəkləyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR