Bank Of Baku

Əli Əhmədov: “Milli Məclisin qərarı ilə Ermənistandan deportasiya edilmiş azərbaycanlıların hüquqları tanına bilər”

Əli Əhmədov: “Milli Məclisin qərarı ilə Ermənistandan deportasiya edilmiş azərbaycanlıların hüquqları tanına bilər”
# 01 fevral 2012 13:25 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. “Bu il azərbaycanlıların Ermənistandan kütləvi şəkildə deportasiyasının 65-ci ili tamam olur. Analoji deportasiyalara məruz qalan digər xalqların nümayəndələri bununla bağlı kompensasiya alıblar. Lakin azərbaycanlılar kompensasiya ala və yurd-yuvalarına qayıda bilməyiblər”. APA-nın xəbərinə görə, bunu Milli Məclisin iclasında YAP-ın sədr müavini – icra katibi Əli Əhmədov deyib. O bildirib ki, Milli Məclisin qərarı ilə Ermənistandan deportasiya edilmiş azərbaycanlıların hüquqları tanına bilər.

Ə. Əhmədov İran-Azərbaycan münasibətləri barədə də danışıb. O qeyd edib ki, mətbuatın hansısa atmacaları dövlətin mövqeyi sayıla bilməz: “İranın Azərbaycana münasibəti bu ölkə hakimiyyət nümayəndələrinin münasibətində, açıqlamalarında görünür”.

Ə. Əhmədov İran və Azərbaycanın təkcə qonşu olmadığını, bu iki ölkənin birləşdirən xeyli cəhətlərin olduğunu söyləyib: “Ən azından bu ölkə əhalisinin yarısını azərbaycanlılar təşkil edir”. O, ölkələr arasında münasibətlərin pisləşməsi istiqamətində addım atılmasının asan, lakin istiləşməsinə yönəlik hərəkətlərin çətin və uzun vaxt aparan iş olduğunu vurğulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR