Bank Of Baku

Milli Məclis “Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında” qanun layihəsini ikinci oxunuşda qəbul edib

Milli Məclis “Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında” qanun layihəsini ikinci oxunuşda qəbul edib
# 01 fevral 2012 13:40 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. Milli Məclisin (MM) bu gün keçirilən iclasında “Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında” qanun layihəsi ikinci oxunuşda müzakirə olunub. APA-nın xəbərinə görə, qanun layihəsi barədə Sosial siyasət Komitəsinin sədri Hadı Rəcəbli məlumat verib. O deyib ki, qanun dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısının təşkilini, hüquqi əsaslarını müəyyənləşdirəcək, bu xəstəliyin profilaktikası və müalicəsi sahəsində yaranan münasibətləri tənzimləyəcək.
Layihədə ümumi anlayışlarla yanaşı, dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə dövlət təminatının formaları, dağınıq skleroz üzrə dövlət proqramı, bu xəstəliyə tutulmuş şəxslərin hüquqları, onların reyestri, tibbi yardımın göstərilməsi və s. məsələlər əksini tapıb.
Çıxış edən deputatlardan bəziləri ölkə səhiyyəsindəki problemlərə toxunublar və layihəni dəstəkləyiblər.

Müzakirələrdən sonra “Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında” qanun layihəsi ikinci oxunuşda qəbul olunub.
Bununla da Milli Məclisin 2012-ci il yaz sessiyasının ilk plenar iclası başa çatıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR