Bank Of Baku

Demokratik Cəmiyyət Uğrunda Müqavimət Hərəkat İdarə Heyətinin növbəti yığıncağı keçirilib

Demokratik Cəmiyyət Uğrunda Müqavimət Hərəkat İdarə Heyətinin növbəti yığıncağı keçirilib
# 01 fevral 2012 15:21 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) mənzil- qərargahında Demokratik Cəmiyyət Uğrunda Müqavimət Hərəkatının (DCUMH) İdarə Heyətinin növbəti yığıncağı keçirilib. KXCP-nin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, yığıncaqda qəbul olunmuş qərarların icrası müzakirə olunub. Hərəkatın Avropa Bürosu ilə fəaliyyətin əlaqələndirilməsi İdarə Heyətinin üzvü, ALDP-nin sədri Fuad Əliyevə həvalə edilib. Yığıncaqda DCUMH rayon şöbələrinin yaradılması, Azərbaycanda fəaliyyət göstərən beynəlxalq təşkilatların nümayəndəlikləri və xarici ölkə səfirlikləri ilə əlaqələrin qurulması barədə qərar qəbul olunub. Fevralın 23-də Xocalı soyqırımına həsr olunmuş növbəti Qarabağ Forumunun keçirilməsi də qərarlaşdırılır.
Yığıncağa Açıq Cəmiyyət Partiyasının (ACP) lideri Rəsul Quliyev telefon vasitəsilə qoşulub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR