Ziyalılar Forumunun növbəti toplantısı keçirilib - FOTO
APA-nın məlumatına görə, yazıçı-dramaturq Rüstəm İbrahimbəyovun evində keçirilən forum Azərbaycan gənclərinin problemlərinə həsr olunub. Tədbiri açıq elan edən R. İbrahimbəyov deyib ki, gənclərin mövcud problemlərinin araşdırılması məqsədilə yığıncağın açıq müzakirələr formasında keçirilməsini arzulayır.
Professor Cəmil Həsənli deyib ki, gənclərin problemlərinə həsr olunan forumu çoxdan keçirmək istəyiblər: “Lakin bu mümkün olmayıb. Görünür, gecikmədə də bir pozitivlik var. Tədbirimiz gecikdi və 2 fevral - gənclər günü ərəfəsinə təsadüf etdi. Ölkənin gələcəyində və taleyində yaxından iştirak etmək və ona biganə olmamaq üçün say məsələsi az rol oynayır. Əsas bu işdə iştirak edənlərin çəkisidir”. C. Həsənli qeyd edib ki, hazırda ölkədə olan problemlər arasında gənclərin qarşılaşdıqları çətinliklər xüsusi yer tutur: “Azərbaycanın gələcəyi gənclərin intellektual səviyyəsindən, təhsilindən, dünyada baş verən proseslərdən çıxış yolları tapmasından, vətənçilik hislərinin səviyyəsindən asılıdır”.
C. Həsənli bildirib ki, Azərbaycanda işsizlərin böyük bir hissəsi gənclərdir: “Ali təhsil almaq istəyənlərin sayı ildən-ilə azalır. Bu vəziyyət belə davam etsə, gələcəkdə belə gənclərin sayı daha da azalacaq. Dövlət hesabına xaricdə təhsil alan gənclərin ölkəyə döndükdən sonra işlə təminatında problemlər yaranır. Ona görə də həmin gənclər işləmək üçün xaricə getmək məcburiyyətində qalırlar”.
İqtisadi Tədqiqatlar Mərkəzinin rəhbəri Qubad İbadoğlu ölkədə gənclərin problemləri ilə bağlı apardığı araşdırmanın nəticələrini açıqlayıb və təhsilin keyfiyyəti, gənclərin məşğulluğu, mənzil təminatı, neft gəlirlərindən nə dərəcədə bəhrələnməsi problemlərindən danışıb: “2011-ci ildə orta məktəb buraxılışının 72,23 faizi orta təhsil bazasından irəli gedə bilməyib. Ali məktəblərə qəbul üçün ərizələrin sayı ötən illə müqayisədə 4,47 faiz, son yeddi ildə isə orta məktəb məzunlarının sayı 27 min 635 nəfər azalıb. Orta təhsilini 4-5 qiymətlərlə başa vuran 2457 nəfər ali məktəblərə qəbul zamanı 0-100 bal arasında nəticə göstərib. Qəbul imtahanlarında iştirak edənlərin 28,12 faizi 0-100 bal arasında nəticə göstərib”.
Qubad İbadoğlu gənclərin məşğulluq probleminə də toxunub: “Ölkədə 20-34 yaş arasında olan 2,1 milyon gənc var ki, onların da bir hissəsi işsizdir. İşsiz gənclərin 60 faizi təhsil, səhiyyə, sosial və məişət xidməti sahələrində iş yeri axtarırlar”.
Q. İbadoğlu deyib ki, 18-36 yaş arası gənclərin 20 faizinin mənzilə ehtiyacı var: “Onların sayı 420-450 min nəfər arasındadır. 18-36 yaşlı gənclərin orta aylıq əməkhaqqı 200-300 manat arasındadır. Yəni onlar sosial ipotekaya müraciət edə bilməzlər. Çünki sosial ipoteka üçün ən azı 400 manatlıq əməkhaqqı tələb olunur”.
Hüquqşünas Erkin Qədirli gənclərin fərdi inkişafında qarşılaşdığı iqtisadi problemlərinə toxunub. O, həmçinin, dindar qadınların hicab məsələsinə toxunub: “Rusiyada, Böyük Britaniyada bu məsələyə problem yaradılmır. Azərbaycandakı vəziyyət qadınların ciddi problemlərlə üz-üzə qoyur”.
Yazıçı Əkrəm Əylisli isə Bəxtiyar Hacıyevin həbsdən azad edilməsi ilə bağlı çağırış edib.
Professor Rafiq Əliyev çıxışında gənclərin problemlərinin həllinin vacibliyini vurğulayıb: “Gənclik sabahla yanaşı böyük resursdur. Biz siz gəncliyə parçalanmış vətən miras qoyuruq. Amma bu o demək deyil ki, bütün məsuliyyəti sizin üzərinizə qoyuruq. Bizim potensialımızdan da istifadə edin”.
Mehriban Vəzir deyib ki, forumda səslənən fikirlər həyəcan təbilidir: “Gəncliklə bağlı durumdan narahatam. Amma qadınların vəziyyəti də ağırdır. Qadınların dövlət idarəçiliyində təmsil olunmasında, mülkiyyət hüququnu gerçəkləşdirməkdə çoxlu problemləri var. Ona görə də növbəti forumun qadınların probleminə həsr olunmasını təklif edirəm”.
Rüstəm İbrahimbəyov isə diqqəti uşaqların probleminə yönəldib. O deyib ki, dövlət büdcəsindən uşaqların problemlərinin həlli üçün vəsait ayrılmalıdır.
Toplantı müzakirələrlə davam etdirilib.
Daxili siyasət
Bakının işğaldan azad edilməsindən 108 il ötür
Gəncədə Rus-Pravoslav Kilsəsinin 139 illiyi münasibətilə tədbir keçirilib
BMTMM-nin sədrinə 3 müavin təyin edilib - EKSKLÜZİV
Prezidentin xüsusi nümayəndəsi: Xankəndi şəhərində 28 min insan yaşayır
Xəbər Lenti
Lavrov: Rusiya Ermənistanın Aİ üzvlüyünə hazırlıq prosesini maliyyələşdirmək niyyətində deyil
Mərkəzi Bank və İİB Qrupu arasında gələcək əməkdaşlıq perspektivləri müzakirə olunub
Türkiyənin Naxçıvandakı baş konsulunun diplomatik fəaliyyəti başa çatır
Şəmkirdə evdə yanğın olub, bir nəfər xəsarət alıb
AFP: Fransada anomal istilərdə 8 min ölüm halı qeydə alınıb
Paşinyan: Mən heç vaxt Rusiyanın hərbi bazasının Ermənistandan çıxarılması məsələsini qaldırmamışam
AZSET proqramının ilk tələbələri ilə görüş keçirilib - FOTO
Gürcüstan DTX-nın keçmiş rəhbəri 13 il müddətinə azadlıqdan məhrum olunub
Badamdarda yaşayış binasında partlayış baş verib, 20 yaşlı şəxs xəsarət alıb - YENİLƏNİB
İsveç İran səfirliyinin əməkdaşını ölkədən çıxarır
Lavrov: Tramp administrasiyası Baydenin Rusiyaya qarşı sanksiyalarını davam etdirir
Seyid Yəhya Bakuviyə həsr olunmuş beynəlxalq konfransın iştirakçıları Xankəndidə olublar - FOTO
Gürcüstan XİN başçısı: Cənubi Qafqazın Avropanın təhlükəsizliyi üçün əhəmiyyəti nəzərə alınmalıdır
Sahibə Qafarova Pan-Afrika Parlamentinin Prezidenti ilə görüşüb
"Reuters": ABŞ rəsmiləri ilə husilər Omanda görüşüb
SOCAR Kot-d’İvuardakı “Baleine” yatağında 10% pay əldə edib
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə reyslər təşkil ediləcək
Kavelaşvili: Gürcüstanla Azərbaycanı ortaq regional maraqlar birləşdirir
Deputat: Artıq narkobaronlarla mübarizə aparmalıyıq
Qarabağa səfər edən diplomatlara hücumlar: Ermənistan sülhə hazır deyil - TƏHLİL
Gürcüstan Prezidenti Azərbaycana yeni təyin olunmuş səfirlə görüşüb
Türkiyə və İran XİN rəhbərləri regional təhlükəsizliyi müzakirə edib
Tıxacda vaxt itirmək istəməyənlər üçün Biləcəridə yeni mənzil imkanları
Özəlləşdirilmiş müəssisələrə son 5 ildə 145 mln. manatdan çox investisiya yatırılıb
İranda 1 000 xalq batalyonu yaradılacaq
Özəlləşdirmənin uğurlu nəticəsi: investisiya müsabiqəsi ilə özəlləşən müəssisə yenidən qurulub - FOTO
Ülvi Quliyev “Şöhrət” ordeni ilə təltif edilib
Magistratura və doktoranturanı bitirmiş zabitlərin hərbi rütbədə olma müddəti 1 il azaldılacaq
"Yelo Bank"ın Müşahidə Şurasında dəyişiklik olub
Seyid Yəhya Bakuvi ilə bağlı konfransın iştirakçıları Xocalı Memorial Kompleksini ziyarət ediblər - FOTO
Həlak olan minatəmizləyənlərin ailə üzvlərinə Prezident təqaüdünün təyini üçün sənədlər müəyyənləşib
Yardımlı Rayon İcra Hakimiyyətində əməliyyat zamanı saxlanılan vəzifəli şəxslərlə bağlı qərar verilib
ADMİU-nun birinci kurs tələbələri barədə aşağılayıcı ifadələr işlədən şəxslərə xəbərdarlıq edilib
Mədəniyyət Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısı dəyişib
Qarayazı Dövlət Təbiət Qoruğunun sanitariya-mühafizə zonası təsdiq edilib
ABB partnyorları ilə görüş keçirib
FHN-in karate komandasının üzvləri beynəlxalq turnirdə yüksək nəticələr əldə ediblər
Cəlilabadda 18 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
Baş prokuror Şamaxıda vətəndaşları qəbul edib
"InvestAZ"dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə!
Kosovonun sabiq prezidenti Haşim Taçi hərbi cinayətlərə görə 25 il həbs cəzasına məhkum edilib
Zəfərdən ədalət mühakiməsinə: Azərbaycanın yaratdığı tarixi reallıq – TƏHLİL
Növbəti qurultaya hazırlaşan YAP-ın inkişaf tarixində yeni mərhələ - MÖVQE
“AzerGold” dağ-mədən sahəsində peşə təhsilinin rəqəmsallaşdırılmasına dəstək göstərəcək
Putin Dumaya seçkilərlə bağlı Rusiya vətəndaşlarına müraciət edəcək
Ağdamda Şeyx Seyyid Yəhya Bakuvi Şirvaniyə həsr olunmuş konfrans keçirilib - FOTO - YENİLƏNİB
Ermənistan Konstitusiya Məhkəməsi TRIPP sazişini konstitusiyaya uyğun hesab edib
Şimali makedoniyalı mütəxəssis “Qəbələ”nin yeni baş məşqçisi təyin olunub
Etilen-Polietilen zavodunda gələn il modernizasiya layihəsi üzrə sahə işlərinə başlanılacaq