Əhməd Oruc: “İctimai Palata siyasi meydanda qalmasını təmin etmək üçün hamıya şər atır”
Bu açıqlamanı APA-ya Demokratik Cəmiyyət Uğrunda Müqavimət Hərəkatının həmtəsisçisi, Azadlıq Partiyasının sədri Əhməd Oruc verib.
O deyib ki, İctimai Palatada təmsil olunan partiyalar hərəkatın təsis olunmasından sonra ən çox hücumu Rəsul Quliyevə qarşı istiqamətləndiriblər: “Bunu da onunla əsaslandırırlar ki, Rəsul Quliyev iqtidarın hakimiyyətə gəlməsinə və sonradan möhkəmlənməsinə kömək edib. Ancaq AXCP-Müsavat unudur ki, 2003-cü və 2005-ci illərdə Rəsul Quliyevlə əməkdaşlıq edirdilər. Həmin partiya liderləri boğazlarına narıncı xalta taxıb, Rəsul Quliyevi qarşılamaq üçün Bakı hava limanının yollarına tökülmüşdülər. İndi özlərinin siyasi meydanda qalmasını təmin etmək üçün hamıya şər atırlar. Bu düzgün deyil. Hesab edirik ki, Azərbaycanda hansısa dəyişikliklər Demokratik Cəmiyyət Uğrunda Müqavimət Hərəkatı formatında həyata keçə bilər”.
Ə. Orucun fikrincə, artıq cəmiyyətdə AXCP və Müsavat Partiyasının limiti çoxdan tüklənib: “Keçirdikləri aksiyalara da cəmiyyətdən dəstək gəlmədi. Yalnız partiya üzvləri dən başqa aksiyalara heç kim qatılmadı. Bu siyasi xətt iflasa məhkumdur. Onlar səhv etdiklərini yaxın vaxtlarda başa düşəcəklər”.
İctimai Palatanın katibi, Müsavat Partiyası başqanının müavini Gülağa Aslanlı Əhməd Orucun dedikləri ilə razılaşmadığını və onun fikirlərini təhqir kimi qəbul etdiyini deyib: “Əhməd Oruc siyasətdə qalmaq üçün müxtəlif təşkilatları təhqir etməklə məşğuldur. İctimai Palatanın fəaliyyətinə həqarət etməklə, keçirilən aksiyaları aşağılamaqla hakimiyyətə yararlana biləcəyini göstərir. Əhməd Oruc siyasətdə bir özü, bir portfeli olan partiya sədri kimi tanınır. Onun partiyası Müsavat Partiyasının hansısa rayon təşkilatının gücündə də deyil”.
G. Aslanlı Açıq Cəmiyyət Partiyasının lideri Rəsul Quliyevə qarşı təmsil olunduğu təşkilatlar tərəfindən hansısa təzyiqlərin olması haqqında deyilənləri də əsassız hesab edib: “Bir fakt göstərsin ki, hansı halda biz Rəsul Quliyevin Azərbaycana gəlməsinə mane olmuşuq və ya ona qısqanclıqla yanaşmışıq. Müsavat Partiyası və AXCP dəfələrlə Rəsul Quliyevin Azərbaycana qayıtmasına kömək göstəriblər. Hətta İsa Qəmbər Ukraynaya gedərək Rəsul Quliyevin Azərbaycana gəlməsinə yardımçı olmaq istədi. Hazırkı halda isə onun üzərinə getmək fikrimiz yoxdur”.
G. Aslanlı Demokratik Cəmiyyət Uğrunda Müqavimət Hərəkatının rəhbərlərinə də ismarış göndərib: “Əgər bu adda fəaliyyət göstərən qurumun rəhbərlərindən kimsə digər müxalifət partiyasına qarşı təhqiramiz ifadələr səsləndirəcəksə, bu onlara baş ucalığı və uğur gətirməyəcək. Əgər Əhməd Oruc düşünürsə ki, ancaq onun təmsil olunduğu təşkilat Azərbaycanda dəyişiklik edə bilər, buyurub, çıxsınlar meydana və mitinq elan etsinlər, görək onların aksiyalarına nə qədər adam gəlir. Burada əsas diqqəti hakimiyyətə yox, dəyişikliklər istəyən İctimai Palataya yönəltmək düzgün deyil”.
Daxili siyasət
Bakının işğaldan azad edilməsindən 108 il ötür
Gəncədə Rus-Pravoslav Kilsəsinin 139 illiyi münasibətilə tədbir keçirilib
BMTMM-nin sədrinə 3 müavin təyin edilib - EKSKLÜZİV
Prezidentin xüsusi nümayəndəsi: Xankəndi şəhərində 28 min insan yaşayır
Xəbər Lenti
Lavrov: Rusiya Ermənistanın Aİ üzvlüyünə hazırlıq prosesini maliyyələşdirmək niyyətində deyil
Mərkəzi Bank və İİB Qrupu arasında gələcək əməkdaşlıq perspektivləri müzakirə olunub
Türkiyənin Naxçıvandakı baş konsulunun diplomatik fəaliyyəti başa çatır
Şəmkirdə evdə yanğın olub, bir nəfər xəsarət alıb
AFP: Fransada anomal istilərdə 8 min ölüm halı qeydə alınıb
Paşinyan: Mən heç vaxt Rusiyanın hərbi bazasının Ermənistandan çıxarılması məsələsini qaldırmamışam
AZSET proqramının ilk tələbələri ilə görüş keçirilib - FOTO
Gürcüstan DTX-nın keçmiş rəhbəri 13 il müddətinə azadlıqdan məhrum olunub
Badamdarda yaşayış binasında partlayış baş verib, 20 yaşlı şəxs xəsarət alıb - YENİLƏNİB
İsveç İran səfirliyinin əməkdaşını ölkədən çıxarır
Lavrov: Tramp administrasiyası Baydenin Rusiyaya qarşı sanksiyalarını davam etdirir
Seyid Yəhya Bakuviyə həsr olunmuş beynəlxalq konfransın iştirakçıları Xankəndidə olublar - FOTO
Gürcüstan XİN başçısı: Cənubi Qafqazın Avropanın təhlükəsizliyi üçün əhəmiyyəti nəzərə alınmalıdır
Sahibə Qafarova Pan-Afrika Parlamentinin Prezidenti ilə görüşüb
"Reuters": ABŞ rəsmiləri ilə husilər Omanda görüşüb
SOCAR Kot-d’İvuardakı “Baleine” yatağında 10% pay əldə edib
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə reyslər təşkil ediləcək
Kavelaşvili: Gürcüstanla Azərbaycanı ortaq regional maraqlar birləşdirir
Deputat: Artıq narkobaronlarla mübarizə aparmalıyıq
Qarabağa səfər edən diplomatlara hücumlar: Ermənistan sülhə hazır deyil - TƏHLİL
Gürcüstan Prezidenti Azərbaycana yeni təyin olunmuş səfirlə görüşüb
Türkiyə və İran XİN rəhbərləri regional təhlükəsizliyi müzakirə edib
Tıxacda vaxt itirmək istəməyənlər üçün Biləcəridə yeni mənzil imkanları
Özəlləşdirilmiş müəssisələrə son 5 ildə 145 mln. manatdan çox investisiya yatırılıb
İranda 1 000 xalq batalyonu yaradılacaq
Özəlləşdirmənin uğurlu nəticəsi: investisiya müsabiqəsi ilə özəlləşən müəssisə yenidən qurulub - FOTO
Ülvi Quliyev “Şöhrət” ordeni ilə təltif edilib
Magistratura və doktoranturanı bitirmiş zabitlərin hərbi rütbədə olma müddəti 1 il azaldılacaq
"Yelo Bank"ın Müşahidə Şurasında dəyişiklik olub
Seyid Yəhya Bakuvi ilə bağlı konfransın iştirakçıları Xocalı Memorial Kompleksini ziyarət ediblər - FOTO
Həlak olan minatəmizləyənlərin ailə üzvlərinə Prezident təqaüdünün təyini üçün sənədlər müəyyənləşib
Yardımlı Rayon İcra Hakimiyyətində əməliyyat zamanı saxlanılan vəzifəli şəxslərlə bağlı qərar verilib
ADMİU-nun birinci kurs tələbələri barədə aşağılayıcı ifadələr işlədən şəxslərə xəbərdarlıq edilib
Mədəniyyət Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısı dəyişib
Qarayazı Dövlət Təbiət Qoruğunun sanitariya-mühafizə zonası təsdiq edilib
ABB partnyorları ilə görüş keçirib
FHN-in karate komandasının üzvləri beynəlxalq turnirdə yüksək nəticələr əldə ediblər
Cəlilabadda 18 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
Baş prokuror Şamaxıda vətəndaşları qəbul edib
"InvestAZ"dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə!
Kosovonun sabiq prezidenti Haşim Taçi hərbi cinayətlərə görə 25 il həbs cəzasına məhkum edilib
Zəfərdən ədalət mühakiməsinə: Azərbaycanın yaratdığı tarixi reallıq – TƏHLİL
Növbəti qurultaya hazırlaşan YAP-ın inkişaf tarixində yeni mərhələ - MÖVQE
“AzerGold” dağ-mədən sahəsində peşə təhsilinin rəqəmsallaşdırılmasına dəstək göstərəcək
Putin Dumaya seçkilərlə bağlı Rusiya vətəndaşlarına müraciət edəcək
Ağdamda Şeyx Seyyid Yəhya Bakuvi Şirvaniyə həsr olunmuş konfrans keçirilib - FOTO - YENİLƏNİB
Ermənistan Konstitusiya Məhkəməsi TRIPP sazişini konstitusiyaya uyğun hesab edib
Şimali makedoniyalı mütəxəssis “Qəbələ”nin yeni baş məşqçisi təyin olunub
Etilen-Polietilen zavodunda gələn il modernizasiya layihəsi üzrə sahə işlərinə başlanılacaq