Bank Of Baku

Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov 2020-ci ildə keçiriləcək Yay Olimpiya və Paralimpiya Oyunları haqqında qərar imzalayıb

Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov 2020-ci ildə keçiriləcək Yay Olimpiya və Paralimpiya Oyunları haqqında qərar imzalayıb
# 03 fevral 2012 08:40 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov-APA. Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov 2020-ci ildə keçiriləcək Yay Olimpiya və Paralimpiya Oyunları haqqında qərar imzalayıb. APA-nın məlumatına görə, qərarda qeyd olunub ki, Milli Məclis Azərbaycanın və onun paytaxtı Bakı şəhərinin 2020-ci ildə keçiriləcək Yay Olimpiya və Paralimpiya oyunlarına ev sahibliyi etmək uğrunda tender mərhələsində iştirakını tam dəstəkləyir. Azərbaycan Respublikasının Konstitusiyasına uyğun olaraq, Milli Məclis 2020-ci ilin Yay Olimpiya və Paralimpiya oyunlarının yüksək səviyyədə keçməsi üçün bütün imkanlardan istifadə etməyə hazır olduğunu bildirir.

Qərara əsasən, Milli Məclisinin bu niyyəti Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Jak Roqa çatdırılacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR