Bank Of Baku

Siyavuş Novruzov: “Müxalifət partiyaları gəlsinlər siyasi partiyaların maliyyələşməsi mövzusunda danışaq, dialoq aparaq”

Siyavuş Novruzov: “Müxalifət partiyaları gəlsinlər siyasi partiyaların maliyyələşməsi mövzusunda danışaq, dialoq aparaq”
# 06 fevral 2012 10:25 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. “Biz müxalifətlə dialoqa həmişə hazırıq”. APA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini Siyavuş Novruzov deyib. S. Novruzov bugünlərdə YAP-ın illik hesabatını, o cümlədən maliyyə hesabatını açıqladığını xatırladaraq bildirib ki, digər partiyalar da analoji hesabat açıqlamalıdır: “Biz 20 ildir hesabatlarımızı açıqlamaqla digərlərinə nümunə göstəririk. Amma müxalifət partiyaları bu cür hesabat açıqlamırlar. Açıqlayın görək hansı mənbədən maliyyələşirsiniz? Əlbəttə, onlar qaranlıq mənbələrdən maliyyələşirlər, ona görə də hesabat verə bilmirlər. Gəlsinlər, siyasi partiyaların maliyyələşməsi mövzusunda danışaq, dialoq aparaq. Biz Azərbaycanın taleyüklü məsələləri ilə bağlı daim dialoq aparmağa hazır olduğumuzu bəyan etmişik. Siyasi partiyalar bir-biri ilə düşmənçilik aparmalı deyil ki... Amma onların yalnız bir fikri var ki, Azərbaycanda qarışıqlıq düşsün, gərginlik yaransın və hakimiyyətə gəlsinlər”.

S. Novruzov YAP-ın Milli Məclisdə təmsil olunan partiyalarla dialoq mühitində olduğunu da söyləyib: “Amma bir qrup adam özünü çəkib cəmiyyətdən də, siyasi partiyalardan da kənara. Bu da onların problemidir. Onların daxili problemləri də çoxdur. Bir normal adam tapmırsan ki, dialoq aparasan”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR