Bank Of Baku

Makedoniya Türk Demokratlar Partiyasının nümayəndələri YAP-ın qonağı olub

Makedoniya Türk Demokratlar Partiyasının nümayəndələri YAP-ın qonağı olub
# 06 fevral 2012 11:51 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. Azərbaycanda səfərdə olan Makedoniya Türk Demokratlar Partiyasının (MTDP) Gənclər Forumunun təmsilçilərindən ibarət nümayəndə heyəti Yeni Azərbaycan Partiyasının (YAP) mərkəzi qərargahında YAP-ın rəhbərliyi ilə görüşüb. APA-nın məlumatına görə, görüşdə YAP tərəfdən partiya sədrinin müavini – icra katibi Əli Əhmədov, onun müavinləri Siyavuş Novruzov və Mübariz Qurbanlı, MTDP tərəfdən isə Gənclər Forumu sədrinin müavini Fuad Eyyub, Forumun katibləri Ümid Rəcəb və Acrulla Yusuf iştirak edib.

Ə. Əhmədov gənclərin Bakıya səfərinin Makedoniya ilə Azərbaycan arasında bir körpü olacağına inandığını söyləyib. O, qonaqlara Azərbaycanla bağlı məlumat verərək deyib ki, Azərbaycan bütün türklərin vətənidir.

MTDP nümayəndələri isə təmsil olunduqları partiya haqqında danışıblar. Qeyd edilib ki, MTDP-nin parlamentdə 1 deputatı var və partiya hökumətdə 1 nazirlə təmsil olunur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR