Bank Of Baku

Demokratik Cəmiyyət Uğrunda Müqavimət Hərəkatı İdarə Heyətinin növbəti yığıncağı keçirilib

Demokratik Cəmiyyət Uğrunda Müqavimət Hərəkatı İdarə Heyətinin növbəti yığıncağı keçirilib
# 06 fevral 2012 15:42 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Klassik Xalq Cəbhəsi Partiyasının qərargahında Demokratik Cəmiyyət Uğrunda Müqavimət Hərəkatı (DCUMH) İdarə Heyətinin növbəti yığıncağı keçirilib. Hərəkatın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, yığıncaqda ölkə prezidenti İlham Əliyevin Almaniyada verdiyi telemüsahibə və siyasi məhbuslarla əlaqədar bəyanatlar qəbul olunub.

Bəyanatlarda bildirilir ki, Azərbaycanda siyasi və iqtisadi islahatlar keçirilməli, vətəndaşların sərbəst toplaşmaq hüququ təmin olunmalı, büdcədən maliyyələşən İctimai Televiziyada müxalif fikirli qüvvələrə efir vaxtı ayrılmalı, siyasi məhbuslar təcili surətdə azadlığa buraxılmalıdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR