Bank Of Baku

Milli Məclisin növbəti iclası fevralın 14-də olacaq

Milli Məclisin növbəti iclası fevralın 14-də olacaq
# 09 fevral 2012 13:15 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. Azərbaycan Milli Məclisinin (MM) növbəti plenar iclası fevralın 14-də keçiriləcək. MM mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlunun APA-ya verdiyi məlumata görə, gündəliyə 6 məsələ salınıb.

İclasda Mərkəzi Bankın İdarə Heyəti üzvlərinin təyin edilməsi, Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi, Bələdiyyələrin əraziləri və torpaqları haqqında” qanuna əlavə edilmiş "Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı"nda dəyişiklik edilməsi barədə qanun layihəsi, İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi, Cinayət Məcəlləsində dəyişiklik edilməsi, "Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında" qanun layihəsi (II oxunuş) müzakirəyə çıxarılacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR