Bank Of Baku

İsa Qəmbər ATƏT-in Bakı ofisinin rəhbəri ilə görüşüb - FOTO

İsa Qəmbər ATƏT-in Bakı ofisinin rəhbəri ilə görüşüb - <font color=red>FOTO</font>
# 09 fevral 2012 14:49 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. Müsavat Partiyasının başqanı İsa Qəmbər partiyanın qərargahında ATƏT-in Bakı ofisinin rəhbəri Koray Tarqayla görüşüb. Partiyanın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə Qarabağ münaqişəsi, ölkədəki ictimai-siyasi vəziyyət, insan haqlarının pozulması, sərbəst toplaşma azadlığına qoyulan məhdudiyyətlər, Arif Hacılı və digər vicdan məhbuslarının həbsdə olması, ATƏT-in bu məsələlərdə görə biləcəyi işlər, Seçki Məcəlləsinə dəyişiklik edilməsi vacibliyi və Azərbaycan-ATƏT münasibətləri haqqında ətraflı fikir mübadiləsi aparılıb. İ. Qəmbər bu məsələlərdə Müsavat Partiyasının və İctimai Palatanın mövqeyini səfirin diqqətinə çatdırıb.

Müzakirədə ATƏT-in Bakı ofisinin demokratikləşmə şöbəsinin rəhbəri Nikolas Deç, ATƏT-in Bakı ofisinin əməkdaşı Elgün Tağıyev və Müsavat Partiyası başqanının müavini Gülağa Aslanlı iştirak ediblər.

Tərəflər bu cür müzakirələrin səmərəli olduğunu və gələcəkdə də davam etdirilməsinin zəruriliyini vurğulayıblar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR