Bank Of Baku

Fəvvarələr Meydanında aksiya keçirməyə cəhd edən 3 AXCP üzvü polis tərəfindən saxlanılıb

Fəvvarələr Meydanında aksiya keçirməyə cəhd edən 3 AXCP üzvü polis tərəfindən saxlanılıb
# 10 fevral 2012 12:55 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Bakının Fəvvarələr Meydanında dinc aksiya keçirməyə cəhd edən 3 nəfər polis əməkdaşları tərəfindən saxlanılıb. Səbail rayon Polis İdarəsinin 9-cu polis bölməsindən APA-ya verilən xəbərə görə, saxlanılan şəxslər Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvləri Aqil Əliyev, Toğrul İbrahimov və İslam Şıxəliyevdir.

Vəkili Əsabəli Mustafayev isə APA-ya bildirib ki, həmin şəxslər hazırda həbsdə olan AXCP üzvü Elnur Məcidliyə kitab toplamaq adı altında dinc aksiya keçirmək istəyiblər.

Qeyd edək ki, E. Məcidli ötən il aprelin 2-də ictimai Palatanın Bakının mərkəzində keçirməyə cəhd göstərdiyi etiraz aksiyası zamanı saxlanılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR