AXCP ilə Müsavat arasında mübahisə yaranıb
O, internet sorğularının obyektiv olmadığını vurğulayıb: “Bunun da çoxlu subyektiv səbəbi var. Məsələn, bir şəxs dəfələrlə səs verə bilər. Bir şəxsin dəfələrlə səs verməsinin qarşısını almaq çox çətindir, demək olar ki, mümkünsüzdür. Ona görə də bu iki nəticənin müqayisə olunmasını düzgün saymıram. Ümumiyyətlə hesab edirəm ki, bu fikri söyləyən adamlar ümumi birliyə, hakimiyyətlə birgə mübarizəyə yox, əksinə, müəyyən qədər parçalanmağa xidmət edirlər. Bu mənim şəxsi fikrimdir. Hesab edirəm ki, həm İctimai Palata, həm Müsavat, həm də AXCP nümayəndələri belə məsələlərdən danışarkən ehtiyatlı olmalıdırlar. Bilirsiniz, söhbət təkcə haqqında danışılan sorğunun nəticələrindən getmir. Ola bilər ki, gələn dəfə sorğu keçirilsin və İsa Qəmbər birinci yerə çıxsın. Heç vaxt heç bir ölkədə internet sorğunun nəticələri əsas götürülə bilməz. O səbəbdən ki, internet sorğuları həmişə obyektivlikdən kənar olur. Azərbaycanda hətta nüfuzlu dövlət qurumlarının saytlarını dağıdırlarsa, deməli, sorğuda da bir şəxsin beş dəfə, on dəfə səs verməsi mümkündür. Vahid namizədi müəyyənləşdirmək üçün ən yaxşı üsul ilkin seçkinin keçirilməsidir. Amma hətta bu gün diqqəti vahid namizəd məsələsinə cəlb etmək belə, ümumi işimizə ziyandır”.
AXCP sədrinin müavini Fuad Qəhrəmanlı isə APA-ya açıqlamasında “Azadlıq” radiosunun keçirdiyi sorğunun nəticələrini obyektiv saydığını söyləyib: “Bu sorğunun nəticələrinə görə Əli Kərimlinin 40,5 faiz, İsa bəyin 29,4 faiz səs alması onu göstərir ki, Əli bəyin apardığı mübarizə, liderlik, indiki hakimiyyətə alternativ olmaq imkanları cəmiyyət tərəfindən yüksək qiymətləndirilib, dəyərləndirilib. Bu, eyni zamanda onu göstərir ki, İsa bəylə, yəni Müsavatla AXCP-nin ittifaqı, eyni zamanda İctimai Palata olaraq birgə mövqeyimiz ölkədə protest elektoratın səslərinin böyük əksəriyyəti deməkdir. Bundan çıxış edərək belə proqnoz da vermək olar ki, İctimai Palata 2013-cü il prezident seçkisinə vahid namizədlə qatılacağı təqdirdə artıq digər müxalifətçi namizədlərin - 5-6 faiz səs toplayanların seçkiyə qatılmasının mənası qalmır”.
F. Qəhrəmanlı deyib ki, 2013-cü il seçkisi ilə bağlı strategiya müəyyənləşərkən və digər addımlar atılarkən bu və bu kimi digər sorğuların nəticələri nəzərə alınmalıdır: “Çünki bu, cəmiyyətdəki ab-havanı ifadə edir”.
Adının açıqlanmasını istəməyən Müsavat Partiyasının funksioneri isə APA-ya açıqlamasında “Azadlıq” radiosunun saytında “2013-cü ildə İlham Əliyevin əsas rəqibi kim olar” sualı ilə keçirilmiş sorğunun nəticələrinin birtəfərli olduğunu söyləyib: “Sorğunun başlandığı tarixə baxın - 8 yanvar 2012-ci il. Özü də həmin gün bazar günü idi. Sorğunun yanvarın 8-dən keçirilməyə başlamasının səbəbi məhz həmin gün İctimai Palatanın Koordinasiya Şurasına seçkilərin keçirilməsidir. Axı həmin seçkilərdə Müsavat başqanı İsa Qəmbər 235 səslə birinci, AXCP sədri Əli Kərimli isə 209 səslə yeddinci oldu. Bu barədə mətbuat da yazdı. Əli Kərimli belə bir sorğu keçirib, istədiyi nəticələri almaqla İsa Qəmbərdən Müsavatın qərargahında keçirilən səsvermə nəticələrinin qisasını alır”.
F. Qəhrəmanlı isə bu iddia ilə razılaşmır: “Bu sorğu cəmiyyət arasında keçirilib. Nə cəbhəçilərin, nə də müsavatçıların üstünlüyü olmayıb. Ancaq İP-də keçirilən seçkilərdə partiyalı şəxslər – həm cəbhəçilər, həm də müsavatçılar iştirak etmişdilər. O zaman cəbhəçilər yekdilliklə İsa bəyə səs vermişdilər. Sadəcə müsavatçıların hamısı tərəfdən analoji addım atılmadı”.
Daxili siyasət
Milli Məclisin növbəti iclaslarının vaxtı və gündəliyi açıqlanıb - YENİLƏNİB
Vyetnamın dövlət televiziyasında Azərbaycanla əməkdaşlığın gücləndirilməsinə dair material yayımlanıb
Milli Məclisin iclası başlayıb
Dekabrda nazir və komitə sədrlərinin vətəndaş qəbulu CƏDVƏLİ
Xəbər Lenti
Lənkəranda avtomobil hasara çırpılıb, ölən və yaralananlar var
Zelenski Ukraynanın Liviyadakı əməliyyatının tərəfdaşlarla razılaşdırılmadığını etiraf edib
Suriyada hökumət qüvvələrinin mövqelərinə hücum edilib
Hakan Fidan: Məkkə İttifaqının əsas məqsədi sülhə və sabitliyə töhfə verməkdir
Pakistan, Səudiyyə Ərəbistanı və Türkiyə regionda gərginliyin azaldılmasına çağırıb
Almaniya Ukraynaya dəstək üçün 11,6 milyard avro ayıracaq
Ukrayna Qara dənizdə atəşkəs təklif edib, Rusiyadan cavab gözləyir
Ukrayna və Estoniya Azərbaycanla tərəfdaşlıq və əməkdaşlığı gücləndirmək niyyətini bəyan edib
ABŞ Oman körfəzində İran limanından çıxan yük gəmisini vurub
Ceyhun Bayramov: Estoniya səfirliyinin açılması ikitərəfli münasibətlərdə yeni mərhələdir
İran Küveytdəki hücumu Ukraynanın təşkil etdiyini iddia edib
Gələn ay musiqi müəllimlərinin sertifikasiya imtahanı keçiriləcək
Ukrayna ordusu “İsgəndər” raketləri üçün yanacaq istehsal edən zavodu vurub
“Reuters”: Hakerlər ABŞ Hərbi Hava Qüvvələrinin bulud hesablama platformasına müdaxilə edib
Gürcüstan səfiri Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb - YENİLƏNİB
Ceyhun Bayramov Qətərin dövlət nazirini qəbul edib, siyasi məsləhətləşmələr keçirilib
Baş nazirin müavini Teymur Musayev minatəmizləmə əməliyyatları ilə tanış olub
Abşeronda narkotiklə əlaqəli 8 nəfər saxlanılıb
Moskvada Azərbaycan-Rusiya iqtisadi əməkdaşlığının perspektivləri müzakirə olunub - FOTO
Vergi Xidmətinin sahibkarlardan rüşvət almaqda təqsirləndirilən vəzifəli şəxslərinin məhkəməsi başlayıb
“Şamaxı” sənədli filminin təqdimatı keçiriləcək - VİDEO
Azərbaycanla BMT arasında dayanıqlı inkişaf sahəsində əməkdaşlıq müzakirə edilib
Ekspert: İmtahan sualları ilə məktəb proqramı arasında tarazlıq yaradılmalıdır
Rəsmi İrəvan: Azərbaycan və Ermənistan sülhü institusionallaşdırmaq zərurətini qəbul edib
Yaqub Eyyubov Moskvada MDB İqtisadi Şurasının iclasında iştirak edib - FOTO
Gələn həftə Moskvada MDB hökumət başçılarının iclası keçiriləcək
Oman sahillərində neft tankeri minaya düşüb
“Gənc Hüquq Maarifçiləri” layihəsi yekunlaşıb
Baş katib Lebedev: Azərbaycan gələn il MDB-nin həmsədri, 2028-ci ildə isə sədri olacaq
Azərbaycan-Ermənistan “Sülh körpüsü” dialoqunun beşinci görüşü başa çatıb
Qızıldaşda külək elektrik stansiyasının tikintisi üçün torpaq sahəsi ayrılıb
Milli Məclisin növbəti iclaslarının vaxtı və gündəliyi açıqlanıb - YENİLƏNİB
Lənkəranda avtomobil azyaşlını vuraraq öldürüb, hadisə yerindən qaçan sürücü tutulub - FOTO
Prezident Abşeron dəniz blokuna dair Sazişin yeni redaksiyasını təsdiqləyib
Xocavənd, Ağdam, Xankəndi, Xocalı və Ağdərədə 15 yeni bağça istifadəyə verilib - FOTO
Moskvadan gələn sərnişinin baqajında bəyan edilməyən dərman vasitələri aşkarlanıb
Balakənin keçmiş icra başçısı İslam Rzayev və YAP rayon təşkilatının sabiq sədrinin məhkəməsi başlayıb
Avropa Komissiyası: Orta Dəhlizin potensialından səmərəli istifadə üçün əməkdaşlığın genişləndirilməsi vacibdir
Unibank məktəblilər üçün növbəti maliyyə savadlılığı təlimi keçirib
Dövlət Komitəsində “Açıq qapı” günü keçirilib
Kapital Bank “Mashreq Bank”la 105 milyon dollarlıq saziş imzalayıb
Vyetnamın dövlət televiziyasında Azərbaycanla əməkdaşlığın gücləndirilməsinə dair material yayımlanıb
Nizami Kino Mərkəzinin divarına qraffiti çəkən Belarus vətəndaşı və daha iki nəfərin məhkəməsi başlayıb
ABB enerji sektorunu araşdırıb
Ekspert: Məktəb və qəbul imtahanlarının proqramları uzlaşdırılmalıdır
Yelo Bank və UNEC arasında əməkdaşlıq memorandumu imzalanıb - FOTO
Kreml: Putin və Paşinyan Gümrüdəki Rusiya hərbi bazasının taleyini müzakirə edəcəklər
Belarusda Rusiyadakı ukraynalıları geri qaytarmaq üçün yeni humanitar missiya keçirilib