Bank Of Baku

Azərbaycan prezidenti Vergilər Nazirliyinin əməkdaşlarını təltif edib

Azərbaycan prezidenti Vergilər Nazirliyinin əməkdaşlarını təltif edib
# 10 fevral 2012 16:32 (UTC +04:00)
Bakı-APA. Azərbaycan prezidenti Vergilər Nazirliyinin əməkdaşlarının təltif edilməsi haqqında sərəncam imzalayıb. Prezidentin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, ölkədə vergi sisteminin inkişaf etdirilməsində xüsusi xidmətlərinə görə Mahmudov Əli Muxtər oğlu “Vergi orqanlarında xidmətdə fərqlənməyə görə” 1-ci dərəcəli Azərbaycan Respublikasının medalı ilə, Bayramov Yusif Şahı oğlu, Əliyev Şirzad Salman oğlu, Həsənov Telman Kərim oğlu,
İbadov Məhəmməd Əli oğlu, Qasımov Zakir Cavad oğlu, Ömərov Zöhrab Qurban oğlu “Vergi orqanlarında xidmətdə fərqlənməyə görə” 2-ci dərəcəli Azərbaycan Respublikasının medalı ilə, Eyyubov Şahin İslam oğlu, Hacınəbiyev Nazim Nəbi oğlu, Quliyeva Almaz Barat qızı “Vergi orqanlarında xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli Azərbaycan Respublikasının medalı ilə təltif olunublar. Nazirliyin daha altı əməkdaşı “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR