Bank Of Baku

BAXCP havaların şaxtalı keçdiyi günlərdə yaranmış su, qaz, işıq problemlərini müzakirə edib

BAXCP havaların şaxtalı keçdiyi günlərdə yaranmış su, qaz, işıq problemlərini müzakirə edib
# 13 fevral 2012 12:11 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) İdarə Heyətinin növbəti iclası keçirilib. Partiyanın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, iclasda müzakirəyə çıxarılan əsas məsələ ölkə ərazisində havaların şaxtalı keçdiyi dövrdə su, qaz, elektrik enerjisi və digər sahələrdə yaranmış problemlərlə bağlı olub. Bununla əlaqədar İdarə Heyətinin qəbul etdiyi açıqlamada bildirilir ki, hökumət havaların şaxtalı keçdiyi dövrdə ölkə ərazisində baş vermiş problemlərin araşdırılması üçün Nazirlər Kabineti səviyyəsində müvafiq komissiya yaratmalı, problemlərə yol açan səbəblər araşdırılmalıdır: “Araşdırmalar başa çatdıqdan sonra baş vermiş hadisələrin səbəbləri barədə ictimaiyyətə məlumat verilməli, öz vəzifə səlahiyyətlərini yerinə yetirə bilmədikləri üçün nöqsanlara yol vermiş şəxslər ciddi şəkildə cəzalandırılmalıdır”.

BAXCP İdarə Heyəti hesab edib ki, hökumət oxşar problemlərin təkrarlanmaması üçün müvafiq tədbirlər planı hazırlayaraq həyata keçirməli və bu barədə ictimaiyyəti də məlumatlandırmalıdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR