Bank Of Baku

Zahid Oruc: “Hərbi çağırış komissiyalarının ləğvi hərbi islahatların tərkib hissəsidir”

Zahid Oruc: “Hərbi çağırış komissiyalarının ləğvi hərbi islahatların tərkib hissəsidir”
# 14 fevral 2012 09:30 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. “Hərbi çağırış komissiyalarının ləğvi hərbi sahədə mühüm islahatların tərkib hissəsidir. Cəmiyyətdə də Azərbaycanda keçmiş sovet idarəçiliyinin elementi olan komissarlığın ləğv olunması istəyi vardı. Hərbi çağırış komissiyalarının ləğvi hərbi sahədə neqativ hallara son qoymaqla yanaşı, müasir çağırış sistemini yaratmağa xidmət edəcək və səfərbərlik işinin inkişaf etmiş ölkələrdəki kimi təşkilinə imkanlar yaradacaq”. APA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü Zahid Oruc deyib. O bildirib ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti artıq müstəqil status daşıyan idarəyə çevrilib: “Azərbaycanda peşəkar ordunun formalaşması həm cəmiyyət, həm beynəlxalq qurumlar tərəfindən gündəmə gətirilib. Bu addımı çağırış sistemindəki dəyişikliklərlə gələcəkdə reallaşdırmaq olar. Yeni sistem cəmiyyətin bu sistemdə şəffaf, normal, ədalətli iştirakına xidmət edəcək”.

Z. Orucun sözlərinə görə, son vaxtlar korrupsiyaya qarşı mübarizə idarəsinin ən çox hədəfində olan qurumlardan biri hərbi çağırış sistemi olub: “Düşünürəm ki, hərbi mundir geyinmiş şəxslərin adının müxtəlif korrupsiya cinayətlərində olması dövlətin, ordunun imicinə müsbət təsir göstərmir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR