Bank Of Baku

Azərbaycan Milli Məclisinin komitə sədri Ədliyyə Nazirliyi Bələdiyyələrlə İş Mərkəzinin fəaliyyətini kəskin tənqid edib

Azərbaycan Milli Məclisinin komitə sədri Ədliyyə Nazirliyi Bələdiyyələrlə İş Mərkəzinin fəaliyyətini kəskin tənqid edib
# 14 fevral 2012 10:37 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. “Azərbaycanda bələdiyyələrin hüquqları pozulur. Lakin Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzi bu pozulan hüquqlarla bağlı heç bir iş görmür, əslində bu qurumun sözü də keçmir”. APA-nın xəbərinə görə, bunu Milli Məclisin (MM) iclasında MM-in Regional siyasət komitəsinin sədri Arif Rəhimzadə deyib.

A. Rəhimzadə bildirib ki, Ədliyyə Nazirliyi (ƏN) isə Bələdiyyələrlə İş Mərkəzini yaratmaqla işini bitmiş sayıb: “Nazirliyin Bələdiyyələrlə İş Mərkəzi yalnız bələdiyyələri yoxlamaqla, onları cəzalandırmaqla məşğuldur”.

A. Rəhimzadə, həmçinin deyib ki, Azərbaycanda bələdiyyələrin 1/3-nə, təxminən 600-ünə torpaq üzərində mülkiyyət hüququ verilməyib.

Qeyd edək ki, hazırda parlamentin iclasında bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın - Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin illik məruzəsi dinlənilir. Məruzəni ədliyyə nazirinin müavini Vilayət Zahirov təqdim edib.

A. Rəhimzadə nazir müavinin səsləndirdiyi bəzi rəqəmlərə ironik reaksiya verib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR