Bank Of Baku

Ədliyyə nazirinin müavini: “Bələdiyyələrlə bağlı başlıca problemlərdən biri bələdiyyə mülkiyyətində olan torpaqlardan səmərəli istifadə olunmamasıdır”

Ədliyyə nazirinin müavini: “Bələdiyyələrlə bağlı başlıca problemlərdən biri bələdiyyə mülkiyyətində olan torpaqlardan səmərəli istifadə olunmamasıdır”
# 14 fevral 2012 11:16 (UTC +04:00)
APA-nın xəbərinə görə, məruzəni ədliyyə nazirinin müavini Vilayət Zahirov səsləndirib. O bildirib ki, yerli özünüidarəetmənin səmərəliliyinin artırılması istiqamətində Azərbaycan dövlətinin götürdüyü kurs 2011-ci ildə də davam etdirilib: “Lazımi qanunlar qəbul olunub, bələdiyyələrə dövlətin maliyyə yardımı xeyli artırılıb”.

Məruzəçi deyib ki, ötən il Ədliyyə Nazirliyinə bələdiyyələrin fəaliyyəti ilə bağlı vətəndaşlardan və müxtəlif qurumlardan 2387 müraciət daxil olub. Bunlardan 1693-nə əsaslandırılmış cavablar verilib, 28-i təmin edilib, 49 müraciət əsasında inzibati nəzarət qaydasında araşdırma aparılıb. Müraciətlərə baxılarkən aşkar edilən hüquq pozuntularının aradan qaldırılması üçün ayrı-ayrı bələdiyyələrə 279 tövsiyə verilib.

2011-ci ildə bələdiyyələrin qəbul etdikləri 31 min 974 akt ekspertizadan keçirilmək üçün Ədliyyə Nazirliyinə göndərilib ki, bu da 2010-cu illə müqayisədə 20 faiz çox olub. Ekspertiza zamanı aşkara çıxan qanun pozuntularının aradan qaldırılması üçün zəruri tədbirlər görülüb. Fəaliyyətində daha ciddi qanun pozuntuları aşkarlanan 28 bələdiyyəyə dair müvafiq materiallar toplanaraq prokurorluq orqanlarına göndərilib. Onlardan 15-i üzrə cinayət işi başlanıb. Bütövlükdə il ərzində inzibati xəta haqqında 690 protokol tərtib edilib, həmin sənədlər əsasında 581 bələdiyyə sədri məhkəmələr tərəfindən inzibati məsuliyyətə cəlb olunub. 71 bələdiyyə sədri isə təkrar məsuliyyətə cəlb edilib. V. Zahirovun sözlərinə görə, faktlar göstərir ki, başlıca problemlərdən biri bələdiyyə mülkiyyətində olan torpaqlardan səmərəli istifadə olunmamasıdır.

Daha sonra məruzə deputatlar tərəfindən müzakirə edilib.

MM-in Regional siyasət komitəsinin sədri Arif Rəhimzadə məruzəni və Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzini sərt tənqid etsə də, sənəd səsə qoyularaq qəbul olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR