Bank Of Baku

Azərbaycan MM “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” qanun layihəsini ikinci oxunuşda qəbul edib

Azərbaycan MM “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” qanun layihəsini ikinci oxunuşda qəbul edib
# 14 fevral 2012 14:50 (UTC +04:00)
APA-nın xəbərinə görə, layihə barədə MM-in Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Çingiz Qənizadə məlumat verib.

O bildirib ki, 4 fəsil və 50 maddədən ibarət qanun layihəsi tutulmuş və həbs edilmiş şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi ilə bağlı məsələləri qanuniləşdirir.

Qanunda nəzərdə tutulub ki, saxlanılan şəxs saxlanılacağı yerə gələrkən dərhal ailə üzvləri və yaxınlarına telefonla məlumat verə bilər. Belə ki, layihədə bununla bağlı saxlanma yerləri rəhbərlərinin üzərinə vəzifə qoyulur. Həmçinin, saxlanılan şəxslərin hər gün bağlama ala bilməsi qanuniləşdirilir. Saxlanılan şəxslərin həkim müayinəsindən keçməsi və bu prosesin aktlaşdırılması qanuniləşdiriləcək.

Qanuna əsasən, saxlanma haqqında məhkəmə qərarı varsa və əgər bu qərarın son günü yeni bir qərar daxil olmayıbsa, şəxs dərhal azad olunmalıdır. Şəxs azad olunmursa, ortada cinayət məsuliyyəti yaranır, yəni saxlanma yerinin rəhbəri məsuliyyətə cəlb edilir.

Yeni qanunla əvvəlkindən fərqli olaraq saxlanılan şəxs nəinki onun hüquqlarını müdafiə edən şəxslə, habelə ailə üzvləri və digər yaxınları ilə də görüşmək imkanı qazanacaq.
Bundan başqa, yeni qanunla saxlanılan şəxs istənilən qəzetə abunə ola bilər.

Qanun layihəsi səsə qoyularaq qəbul olunub.

Bununla da parlamentin növbəti iclası başa çatıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR