Bank Of Baku

Əli Əhmədov Almaniya Bundestaqının üzvünü qəbul edib

Əli Əhmədov Almaniya Bundestaqının üzvünü qəbul edib
# 15 fevral 2012 12:13 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini–icra katibi Əli Əhmədov Almaniya Bundestaqının üzvü Mixail Fuksu partiyanın mənzil-qərargahında qəbul edib. APA-nın YAP-ın mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, görüşdə Ə. Əhmədov iki ölkə arasında olan əməkdaşlıq münasibətlərindən söz açıb və Azərbaycanın xarici siyasətində Almaniya ilə əlaqələrin əhəmiyyətli yer tutduğunu bildirib. O, qonağa Ermənistanın Azərbaycana təcavüzü nəticəsində yaranmış Dağlıq Qarabağ münaqişəsi və bu münaqişənin sülh yolu ilə həll edilməsi istiqamətində Azərbaycan tərəfinin həyata keçirdiyi siyasət, eləcə də Yeni Azərbaycan Partiyasının yaranma tarixi, keçdiyi inkişaf yolu və Azərbaycanın ictimai-siyasi həyatındakı mövqeyi barədə ətraflı məlumat verib. Eyni zamanda, YAP-la Almaniya Xristian Demokrat Birliyi arasındakı əlaqələrin daha da inkişaf etdirilməsi istiqamətində qarşılıqlı görüşlərin keçirilməsinin vacibliyi xüsusi vurğulanıb.

M. Fuks isə Azərbaycanın Avropanın enerji təhlükəsizliyində xüsusi rol oynadığını qeyd edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR