Bank Of Baku

AXCP sədrinin müavini ATƏT-in Bakı Ofisində görüş keçirib

AXCP sədrinin müavini ATƏT-in Bakı Ofisində görüş keçirib
# 15 fevral 2012 15:07 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. Bu gün AXCP sədrinin xarici əlaqələr üzrə müavini Razi Nurullayev ATƏT-in Bakı Ofisinin Demokratikləşmə şöbəsinin rəhbəri Nikolas Deç (Nicholas Detsch) ilə görüşüb. R. Nurullayevin APA-ya verdiyi xəbərə görə, o, görüşdə ATƏT rəsmisinə ölkədəki ictimai-siyasi vəziyyət barədə məlumat verib. R. Nurullayev vurğulayıb ki, müxalifət olaraq ATƏT-in Azərbaycanın demokratikləşməsi üçün göstərdiyi səyləri təqdir etməklə bərabər, sərbəst toplaşma azadlığının təmin edilməsi üçün səylərini daha da intensivləşdirilməsini istəyir.
AXCP rəsmisi daha sonra müxalifətin icazəli aksiyalar keçirmə mümkünlüyü barədə də danışıb. O bildirib ki, bu məsələdə hakimiyyət qarşılıqlı addım atmalı və aksiyaların keçirilməsi üçün adekvat yerlər təklif etməlidir.
Görüşdə ötən il aprelin 2-də müxalifətçilərlə bağlı da məsələ müzakirə edilib.
Daha sonra tərəfləri maraqlandıran bir sıra məsələlər barədə də fikir mübadiləsi aparılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR