Bank Of Baku

Milli Məclisdə akkreditasiyadan keçən jurnalistlər yaxa kartı taxacaq

Milli Məclisdə akkreditasiyadan keçən jurnalistlər yaxa kartı taxacaq
# 15 fevral 2012 15:30 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. Milli Məclisdə (MM) akkreditasiyadan keçən jurnalistlərə yeni qayda tətbiq olunacaq. APA-nın məlumatına görə, MM-in işini işıqlandırmağa gələn jurnalistlər bundan sonra yaxa kartı (“badge”) taxmalı olacaq. Artıq 2012-ci il yaz sessiyasının ikinci iclasından başlayaraq MM mətbuat xidməti əməkdaşlarının hamısı yaxa kartından istifadə edir.

MM mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu APA-ya bildirib ki, bu qayda sivil yolla tətbiq olunacaq: “Yəni xüsusi məcburiyyət yoxdur. Amma istənilən halda jurnalistlərin yaxasında kart olması müsbət hal olacaq”.

A. Təvəkküloğlu məsələnin MM rəhbərliyi ilə razılaşdırıldığını söyləyib. O, jurnalistlərə müraciət edərək onları MM-ə gələrkən yaxa kartı götürməyə çağırıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR