Bank Of Baku

Müsavat Partiyası qurultayla bağlı qərarını fevralın 20-də verəcək

Müsavat Partiyası qurultayla bağlı qərarını fevralın 20-də verəcək
# 15 fevral 2012 15:55 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. Müsavat Partiyası VIII qurultayının harada keçiriləcəyi ilə bağlı qərarı fevralın 20-də verəcək. Bunu APA-ya açıqlamasında partiya başqanının müavini Gülağa Aslanlı deyib. O bildirib ki, fevralın 20-də partiyanın həm Divan, həm də VIII Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsinin iclası keçiriləcək. Qurultayla əlaqədar qərar da məhz həmin gün veriləcək.

Qeyd edək ki, Bakı şəhər İcra Hakimiyyəti Müsavat Partiyasının Əl Oyunları və İdman Sarayında qurultay keçirməklə bağlı müraciətinə mənfi cavab verib.

Müsavat Məclisi partiyanın VIII qurultayının martın 3-4-də keçirilməsini qərara alıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR