Bank Of Baku

Siyavuş Novruzov: “Yeni dövlət xidməti ehtiyatda olan hərbi vəzifəli şəxslərin toplanışlara çağırılmasını da təmin edəcək”

Siyavuş Novruzov: “Yeni dövlət xidməti ehtiyatda olan hərbi vəzifəli şəxslərin toplanışlara çağırılmasını da təmin edəcək”
# 16 fevral 2012 11:32 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA. Yeni yaradılmış Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti təkcə vətəndaşların deyil, eyni zamanda geniş formatda səfərbərlik resurslarının reyestrini təşkil edəcək. APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü Siyavuş Novruzov deyib. O bildirib ki, yeni dövlət xidmətinin yaradılması Azərbaycan Silahlı Qüvvələrinin modernləşdirilməsi çərçivəsində həyata keçirilən tədbirlərdən biridir: “Dövlət xidməti həqiqi hərbi xidmətə çağırışla yanaşı, ehtiyatda olan hərbi vəzifəli şəxslərin toplanışlara çağırılmasını da təmin edəcək. Toplanışların keçirilməsinə bu gün böyük ehtiyac var. Ehtiyatda olan mütəxəssislər hərbi sahədə yeniliklər barədə məlumatlı olmalıdır”.

S. Novruzovun sözlərinə görə, yeni dövlət qurumunun yaradılmasına baxmayaraq, Silahlı Qüvvələrin Baş Qərargahının Təşkilat və səfərbərlik idarəsi ləğv olunmayacaq. Nazirlər Kabinetinin qərarı ilə hər çağırış dövründə yaradılan Respublika Çağırış Komissiyasının ləğvi də nəzərdə tutulmur: “Bu komissiya qanunla yaradılır. Bir növ həm də çağırışa ictimai nəzarəti həyata keçirir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR