Bank Of Baku

YAP-da Çinin yeni səfiri ilə görüş keçirilib

YAP-da Çinin yeni səfiri ilə görüş keçirilib
# 16 fevral 2012 15:23 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini - icra katibi Əli Əhmədov Çin Xalq Respublikasının Azərbaycana yeni təyin olunmuş səfiri Xun Tsyuini partiyanın mənzil-qərargahında qəbul edib. APA-nın YAP-ın mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, görüşdə Çin və Azərbaycan arasında qarşılıqlı dostluq və əməkdaşlıq münasibətlərinin mövcud durumu və inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılıb, iki ölkə, eləcə də Yeni Azərbaycan Partiyası ilə Çin Kommunist Partiyası arasındakı əlaqələrin daha da möhkəmləndirilməsinin zəruriliyi qeyd edilib.
Səfir Azərbaycanda fəaliyyəti müddətində iki ölkə arasındakı əlaqələrin daha da inkişafı, qarşılıqlı səfərlərin həyata keçirilməsi və təcrübə mübadiləsinin aparılması istiqamətində əlindən gələni əsirgəməyəcəyini bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR