Prezident İlham Əliyev: “Hər bir vətəndaş dinindən, dilindən, millətindən asılı olmayaraq, Azərbaycanın qiymətli, dəyərli vətəndaşıdır”
Dövləti başçısı bildirib ki, Qubada Müalicə-Diaqnostika Mərkəzi tikilib. Siyəzəndə hələ 2004-cü ildə Dövlət Neft Şirkəti tərəfindən xəstəxana tikilib. Ondan sonra Xaçmazda, Şabranda və nəhayət, Qusarda xəstəxananın açılışını qeyd olunur. Beləliklə, şimal zonasının əsas səhiyyə məsələləri öz həllini tapır. Bütövlükdə ölkə üzrə hər bir bölgədə yeni xəstəxanalar, diaqnostika mərkəzləri açılır və açılacaq. Gələn ilin sonuna qədər hər bir rayonda, rayon mərkəzində ən müasir standartlara cavab verən tibb mərkəzləri fəaliyyətə başlası planlaşdırılır.
Prezident deyib: “Təbii ki, Bakı şəhərində də bu proses geniş vüsət alıb. Bakıda son illər ərzində ən müasir xəstəxanalar tikilib. Bu xəstəxanaların fəaliyyətə başlaması Bakını bölgənin, yəni regionun, o cümlədən səhiyyə sahəsində mərkəzinə çevirəcək”.
O bildirib ki, xəstəxananın tikintisini Dövlət Neft Şirkəti icra edib Dövlət Neft Şirkəti Azərbaycanın və bölgənin, regionun ən böyük şirkətidir, böyük funksiyaları, vəzifələri var, Azərbaycan iqtisadiyyatının əsas hissəsi neft-qaz sektoruna aiddir. Bununla bərabər, Dövlət Neft Şirkəti çoxsaylı sosial proqramları icra edir. “Vaxtilə mən bu göstərişi vermişəm ki, ölkəmizin ən böyük şirkəti sosial sahədə də ən böyük nailiyyətlərə çatmalıdır. Mən çox şadam ki, Dövlət Neft Şirkəti tərəfindən artıq ondan çox yeni Müalicə-Diaqnostika Mərkəzi tikilib. Bütövlükdə Qusar rayonunun inkişafında da Dövlət Neft Şirkəti fəal iştirak edir, yeni parklar salınır, yeni muzeylər açılır. Bu sosial funksiya qusarlıların ürəyincə olmalıdır. Qusar rayonunun inkişafı ilə bağlı konkret sosial, infrastruktur layihələr icra edilir. Rayonun inkişafı üçün vacib olan Şahdağ Elektrik Stansiyası bir müddət bundan əvvəl tikilib. Bu stansiya bütün şimal zonasını elektrik enerjisi ilə təchiz edir. Rayonun inkişafı yollar tikilmədən mümkün deyil. Bu məqsədlə Bakı-Quba-Qusar avtomobil yolu tikilir və Quba-Qusar hissəsi indi tikilməkdədir. Bununla bərabər, rayon rəhbərliyinin xahişini nəzərə alaraq kənd yollarına da vəsait ayrılıb. Əvvəlki dövrdə Qusarda gözəl Olimpiya İdman Kompleksi açılıb. 20-yə yaxın məktəb tikilib və təmir edilib. Rayonun inkişafı üçün lazım olan maliyyə dəstəyi də verilir. Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə sahibkarlara kreditlər ayrılır və ölkə miqyasında qeyri-neft sektorunda ən böyük investisiya layihəsi də məhz Qusar rayonunda həyata keçirilir. Şahdağ Qış-Yay Xizək Mərkəzinin tikintisi sürətlə və uğurla gedir”.
Prezident ümid etdiyini bildirib ki, mərkəz öz qapılarını bu ilin sonuna qədər insanların üzünə açacaq: “Qusar rayonuna sərmayənin əsas hissəsini dövlət öz üzərinə götürüb. Dövlət büdcəsi hesabına hazırda burada üç mehmanxana tikilir, istirahət zonaları, yollar salınır, bütün kommunikasiyalar çəkilir - işıq, qaz, su, kanalizasiya. “Mən çox şadam ki, özəl sektor da bizim təşəbbüslərə qoşulmuşdur. Özəl sektor tərəfindən də mehmanxanalar tikilməkdədir. Beləliklə, Şahdağ Xizək Mərkəzi dünyanın ən gözəl mərkəzlərindən birinə çevriləcək. Buraya gələcək turistlərin sayı hesab edirəm ki, minlərlə ölçüləcək”.
Dövlət başçısı bildirib ki, bu, rayonun inkişafına çox böyük təkan verəcək, yüzlərlə, bəlkə minlərlə yeni iş yerləri açılacaq və Qusar rayonu Azərbaycanın turizm mərkəzinə çevriləcək. Bu layihə prezidentin təşəbbüsü ilə bir neçə il bundan əvvəl başlanılıb: “Vaxtaşırı o tikinti ilə maraqlanıram. Bir daha demək istəyirəm ki, bu tikintini dünyanın qabaqcıl tikinti və dizayn şirkətləri aparır və ən gözəl xizək mərkəzinə çevriləcək”.
O qeyd edib ki, Dövlət Neft Şirkəti Qusar rayonunda böyük qazlaşdırma layihələrini icra edir. Rayon mərkəzi qazlaşdırılıb, indi ətraf kəndlərdə qazlaşdırma gedir: “Hələ ki, qazlaşdırma istədiyimiz səviyyədə deyil, ancaq qarşıya vəzifə qoyulubdur ki, gələn ilin sonuna qədər Qusar rayonunda maksimum kəndlər qazlaşdırılsın. Bununla bərabər, içməli su və kanalizasiya xətlərinin yenilənməsi layihəsi də başlamaq üzrədir. Bu layihə də çox vacibdir. Hər bir yerdə içməli su, kanalizasiya, işıq, qaz olmalıdır və olacaq”.
Prezidentin fikrincə, Qusar rayonunun timsalında ölkənin ümumi inkişaf dinamikasını görünür. Həm iqtisadi inkişaf, infrastruktur layihələrinin icrası, sosial infrastrukturun yaradılması, Olimpiya Mərkəzi, xəstəxana, məktəblər, yollar, qazlaşdırma, su layihələri – yəni, ölkədə gedən quruculuq-abadlıq işləri bu rayonda özünü çox qabarıq şəkildə büruzə verir.
O bildirib ki, bütövlükdə ölkə inamla inkişaf edir. Bütün iqtisadi göstəricilər yüksək səviyyədədir. Dünyada hökm sürən maliyyə və iqtisadi böhran dövründə beynəlxalq maliyyə qurumları Azərbaycanın iqtisadi reytinqini artırırlar. Avropanın inkişaf etmiş ölkələrinin reytinqləri aşağı düşdüyü halda, Azərbaycanın reytinqi qalxır. Bu, ölkədə görülən işlərin nəticəsidir.
İlham Əliyev keçən ilin göstəricilərinin çox sevindirici olduğunu deyib: “Keçən il qeyri-neft iqtisadiyyatında 10 faizdən çox artım olub. Bu ilin birinci ayının yekunları da müsbətdir. Qeyri-neft sənayemiz 10 faizdən çox artıb. Hər bir yerdə yeni sənaye müəssisələri, yeni binalar, yeni zavodlar, fabriklər, turizm mərkəzləri yaradılır. Ancaq əlbəttə ki, hər bir rayonun öz xüsusiyyəti var və ümumi inkişaf planı buna uyğun şəkildə həyata keçirilir. Qusar rayonunun inkişafı daha çox turizmlə, kənd təsərrüfatı ilə bağlı olacaq. Biz bu gözəl təbiəti qorumalıyıq. Bu, böyük dəyər, böyük sərvətdir. Həm təmiz hava, həm gözəl şərait, gözəl dağlar... Biz öz işimizlə, konkret layihələrimizlə bu gözəlliyə əlavə gözəllik qatmalıyıq. Qusar şəhəri də abadlaşır. Gözəl parklar salınır, yollar çəkilir, şəhərin bütün infrastrukturu yeniləşir və gələcəkdə bu proses daha da sürətlə gedəcək”.
Azərbaycan bu bölgədə sabitlik, təhlükəsizlik adasıdır, inkişaf məkanıdır deyən prezident vurğulayıb ki, Azərbaycanda bütün xalqlar bir ailə kimi yaşayırlar. Onun sözlərinə görə, bu ölkənin böyük üstünlüyüdü, böyük dəyərdir: “Biz bunu qiymətləndirməliyik və ölkəmizdə yaşayan bütün xalqlar arasında bu qardaşlığı, dostluğu daha da möhkəmləndirməliyik. Bu, bəlkə də bizim ən böyük sərvətimizdir. Əsrlər boyu Azərbaycanda yaşayan bütün xalqlar bərabər hüquqlara malik idilər. Çox şadam ki, müstəqillik dövründə də, - birinci iki ili istisna etmək şərti ilə, - bu gözəl ənənələr yaşayır. Müstəqilliyimizin ilk illərində o vaxtkı iqtidar bütün sahələrdə, o cümlədən milli münasibətlər sahəsində çox böyük səhvlər buraxmışdır, deyə bilərəm ki, cinayətlər törətmişdir. Ulu öndər Heydər Əliyevin Azərbaycana qayıdışından sonra bütün məsələlər öz həllini tapdı və Azərbaycana xas olan dostluq, həmrəylik, qarşılıqlı dəstək meyilləri yenə də gücləndi”.
Prezident vurğulayıb ki, hər bir vətəndaş dinindən, dilindən, millətindən asılı olmayaraq, Azərbaycanın qiymətli, dəyərli vətəndaşıdır. Ölkəni bəzi başqa ölkələrdən fərqləndirən məhz budur. Heç vaxt heç bir yerdə ayrı-seçkiliyə yol verilməyəcək və verilmir: “Bunun qarantı mənəm – Azərbaycan Prezidenti! Heç vaxt Azərbaycanda milli zəmində qarşıdurma olmayıb və olmayacaq. Əksinə, bizim təcrübəmiz dünya ictimaiyyəti tərəfindən öyrənilir. Necə ola bilir ki, müxtəlif dillərdə danışan, müxtəlif dinlərin nümayəndələri bir ailə kimi, problemsiz yaşayırlar?! Biz öz həyatımızla və siyasətimizlə sübut edirik ki, bu, mümkündür. Bəzi hallarda bəzi Avropa ölkələrində belə ifadələr, fikirlər səslənir ki, multikulturalizm iflasa uğrayıb. Yəni ki, müxtəlif millətlərə mənsub olan xalqlar bir yerdə yaşaya bilmirlər. Gəlsinlər Azərbaycana baxsınlar, bu, mümkündür! Özü də yaxşı yaşamaq mümkündür. Məhz buna görə Azərbaycanda müxtəlif beynəlxalq tədbirlər keçirilir. Dinlərarası, mədəniyyətlərarası, millətlərarası dialoqun gücləndirilməsinə yönəlmiş tədbirlər keçirilir. Biz istəyirik ki, dünya ictimaiyyəti də bizim təcrübəmizi bilsin və harada lazımdır öyrənsin, tətbiq etsin. Bu baxımdan da Azərbaycan dünyada seçilən ölkələrdəndir”.
Prezident qeyd edib ki, Azərbaycanın beynəlxalq mövqeyi də güclüdür. Azərbaycan dünyanın ən mötəbər qurumunun üzvüdür – BMT-nin Təhlükəsizlik Şurasının üzvüdür. Bu, böyük məsuliyyət, böyük etimaddır, görülən işlərin böyük nəticəsidir: “2012-ci il də ölkəmiz üçün uğurlu olacaq. Mən buna şübhə etmirəm. Hər bir vətəndaş öz yerində ölkəmizin, doğma Azərbaycanımızın inkişafına dəyərli töhfəsini verməlidir”.
Daxili siyasət
Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb - YENİLƏNİB
Milli Məclisin iclası başlayıb
Milli Məclisin növbəti iclasının tarixi və gündəliyi açıqlanıb - YENİLƏNİB
Qanunvericilik təşəbbüsü hüququ EHİS üzərindən həyata keçiriləcək
Xəbər Lenti
İranın bəzi bölgələrində partlayış səsləri eşidilib
İnfantino: Futbol üzrə Dünya Çempionatında iştirakçıların sayı 64 ola bilər
ABŞ-ın BMT-dəki nümayəndəsi: İranla atəşkəs faktiki olaraq pozulub
Gəncədə 8 nəfər yas mərasimində zəhərlənib - YENİLƏNİB
SEPAH ABŞ-ın qanadlı raketini vurduğunu açıqlayıb
İran Körfəz ölkələrinə hücumlarını genişləndirir, Hörmüz boğazı bağlanıb
IV Şuşa Qlobal Media Forumunun iştirakçılarının Qarabağa səfəri başlayıb - FOTOLENT - YENİLƏNİB
Türkiyənin Muğla və Diyarbəkir bölgələrində meşə yanğınları başlayıb
Azərbaycanın Milli Qəhrəmanlarının xatirəsi yad edilib - FOTOLENT
FHN: Samur-Abşeron kanalında 1 nəfər batıb
KİV: Rusiya qoşunları Ukraynanın Qrişino şəhərinə tam nəzarət edir
Türkiyəli müğənni Haluk Levent saxlanılıb
Yəmən İranın Körfəz ölkələri və İordaniyaya hücumlarını pisləyib
Ukrayna MN müşaviri: Rusiya danışıqlardan əvvəl cəbhədən bütün obyektləri vurmağa çalışacaq
Sabahın havası meteohəssas insanlar üçün əlverişlidir
Zelenski Baş nazir Sviridenkonun vəzifəsini dəyişir
SEPAH ABŞ-ın İordaniyadakı hərbi bazasına zərbə endirdiyini iddia edib
Amazon, Microsoft, Alphabet və Meta-nın milyardlıq AI planları açıqlanıb
Bəhreyn İranın raket və pilotsuz aparat hücumlarının qarşısının alındığını açıqlayıb
Qətərdə gəmilərin dənizə çıxışı müvəqqəti qadağan edilib
Belqorodda avtomobildə partlayış olub, 1 nəfər ölüb, 3 nəfər yaralanıb
ABŞ və İran arasında hərbi qarşıdurma daha da dərinləşib, tərəflər qarşılıqlı zərbələr endirir
Azərbaycan gimnastları SCALABISCUP beynəlxalq turnirini 12 medalla başa vurublar
İran Hörmüz boğazının yenidən bağlandığını bəyan edib
Azərbaycan Prezidenti Qətər Əmirinə başsağlığı verib
Bu gün saat 15:00-da qəbul imtahanının düzgün cavabları təqdim olunacaq
Bu gün keçirilən imtahanlarda 12 nəfərdə telefon aşkarlanıb və imtahandan kənarlaşdırılıb
Sabah Abşeron çimərliklərində hava küləkli olacaq
Bu gün I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçirilib
Ukrayna hava hücumundan müdafiə sistemləri ballistik raketlərin 92%-ni hədəfə ala bilmir
Azərbaycanın güləşçisi U-20 Avropa çempionatında qızıl medal qazanıb
Yol Polisi Hacıqabulda baş verən avtobus qəzası ilə bağlı məlumat yayıb - YENİLƏNİB
Azərbaycanın bəzi rayonlarında dolu düşəcək - PROQNOZ
Bakının Suraxanı rayonunda qətl hadisəsi baş verib - YENİLƏNİB
Güclü leysan Gürcüstanın Telavi şəhərini su altında qoyub - VİDEO
İsrail niyə erməni soyqırımının tanınması təşəbbüsünü dayandırdı?
FHN “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi ilə birgə təlim keçirib - FOTO - VİDEO
Marko Rubio Venesuelanı uzaqdan idarə edir
Dövlət icra məmuru vəzifəsinə qəbulla bağlı test imtahanı keçirilir - FOTOLENT - YENİLƏNİB
Bəqayi Əraqçinin Omana səfərinin detalları barədə danışıb
Qətərin keçmiş əmiri vəfat edib
SEPAH: Hörmüz boğazında qayda pozan ikinci gəmi vurulub
Pakistanın xarici işlər naziri Əraqçi ilə telefon danışığı edib, İran və ABŞ-ı gərginliyi azaltmağa çağırıb
ABŞ senatoru Lindsi Qrem vəfat edib
Konqoda daha bir ABŞ vətəndaşında Ebola virusu aşkarlanıb
DÇ-26: Argentina İsveçrə qarşılaşmasından sonra Xulian Alvares oyunun ən yaxşısı adına layiq görülüb
Rusiya ordusu Ukraynanın Krivoy Roq şəhərinə hücum edib, ölənlər var
Azərbaycanın bəzi rayonlarında şimşək çaxıb, yağış yağıb - FAKTİKİ HAVA
ABŞ-ın hücumuna cavab olaraq, İran körfəz ölkələrinə raket və PUA hücumları edib - YENİLƏNİB
Kanadada festival zamanı silahlı insident olub, 2 nəfər ölüb, yaralılar var