Bank Of Baku

Yeni Azərbaycan Partiyası Gənclər Birliyi “Qış məktəbi” layihəsi keçirir

Yeni Azərbaycan Partiyası Gənclər Birliyi “Qış məktəbi” layihəsi keçirir
# 17 fevral 2012 16:48 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. Yeni Azərbaycan Partiyasının (YAP) Gənclər Birliyi tərəfindən “Qış məktəbi” layihəsi keçirilir. YAP mətbuat xidmətindən APA-ya verilən məlumata görə, layihə Qəbələ və Oğuz rayonlarında gerçəkləşdirilir. “Qış məktəbi” çərçivəsində gənclər Qəbələ və Oğuz rayonlarında yerləşən Heydər Əliyev mərkəzlərində olublar. Mərkəzdə gəncləri Heydər Əliyevin zəngin həyat fəaliyyətini əks etdirən fotoşəkillərlə tanış ediblər.

“Qış məktəbi”nin iştirakçıları bu gün Qəbələ diyarşünaslıq muzeyi ilə də tanış olublar. Gənclərə muzey haqqında məlumat verilib. Bildirilib ki, 1980-ci ildən fəaliyyət göstərən bu muzeyin əsas fondunda Qəbələnin 2.500 illik tarixini əks etdirən 20 minə yaxın tarixi və elmi əhəmiyyətə malik eksponat mühafizə olunur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR