Bank Of Baku

Azərbaycan Avropa Hərəkatının I təsis Konqresi keçirilib

Azərbaycan Avropa Hərəkatının I təsis Konqresi keçirilib
# 17 fevral 2012 16:38 (UTC +04:00)
APA-nın məlumatına görə, konqresdə hərəkatın Təşəbbüs Qrupunun üzvü Aysel Qayıbxanova qurumun məqsəd və məramı haqqında məlumat verib.

AAH-nın baş katibi Ramin Hacılı hesabat və təqdimat xarakterli çıxış edib. O deyib ki, 2007-ci ildən bu qurum Azərbaycanda fəaliyyət göstərsə də, rəsmi Konqres keçirilməyib: “Bu səbəbdən də Beynəlxalq Avropa Hərəkatının rəsmi üzvü olmayıb. Hərəkatın sonuncu prezidenti Surxan Lətifov isə rəsmi şəkildə istefa verib”. R. Hacılı qeyd edib ki, yığıncaqda iştirak etmək üçün Bakıya səfər etməli olan Beynəlxalq Avropa Hərəkatının prezidenti Jo Leinon hava şəraiti ilə əlaqədar Almaniyadan Azərbaycana gələ bilməyib: “Onun səfəri səhər saatlarında baş tutacaq və fevralın 18-də keçirilən tədbirə qatıla biləcək”.

R. Hacılı 41 nəfərdən ibarət Təşəbbüs Qrupunun üzvləri haqqında qısa məlumat verib: “Hərəkatın formalaşmasında ölkənin bütün ictimai qurumlarının iştirakını təmin etməyə cəhd etmişik. Təşəbbüs qrupunda bütün tərəfləri əhatə edən təşkilatlar təmsil olunub”.

Sonra qurumun Nizamnaməsi müzakirə edilib və səsverməyə çıxarılıb.

Daha sonra AAH-nın 13 nəfərdən ibarət İdarə Heyəti seçilib. Toplantıda Ramin Hacılı qurumun prezidenti seçilib.

AAH-nın yeni seçilmiş prezidenti Ramin Hacılı çıxış edib. R. Hacılı çıxışında təşkilatın yeni fəaliyyət istiqamətləri barədə danışıb və etimadı doğrultmaq üçün əlindən gələni edəcəyini söyləyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR