Azərbaycan prezidenti Qusar rayonunda Şahdağ qış-yay turizm kompleksinin tikintisinin gedişi ilə tanış olub-FOTO
Diqqətə çatdırıldı ki, Şahdağ qış-yay turizm kompleksi Qusar rayonunun mərkəzindən 32 km məsafədə Şahdağ Milli Parkının ərazisində yerləşir. Dövlət başçısının tapşırığına uyğun olaraq, Şahdağ qış-yay turizm kompleksinə çəkilən avtomobil yolu genişləndirilir, körpülər salınır, torpaq sürüşmələrinin qarşısının alınması üçün mühafizə tədbirləri həyata keçirilir və digər müvafiq işlər görülür. Tikintinin aparıldığı ərazi ekoloji təmizliyi, flora və faunasının zənginliyi ilə seçilir. Bu turizm obyekti dəniz səviyyəsindən 1300-2300 metr yüksəklikdədir. Turizm kompleksinin əsas hissəsi isə dəniz səviyyəsindən 1440-1640 metr yüksəklikdəki yaylaqda yerləşir. Kompleksin 2058 hektar ərazisi var. Azərbaycanda və ümumiyyətlə, dünyada ən mükəmməl layihələrdən biri olan Şahdağ qış-yay turizm kompleksi oxşar istirahət mərkəzlərindən bənzərsizliyi ilə fərqlənəcək və il boyu fəaliyyət göstərəcək. Bu layihənin reallaşdırılması respublikada dağ-xizək idmanı və digər qış idman növlərinin inkişafı üçün hərtərəfli imkanlar açacaq. Turistlər yay mövsümündə də burada mənalı istirahət edə biləcəklər.
Qeyd olunub ki, Şahdağ qış-yay turizm kompleksi Azərbaycan tarixində ilk dağ-xizək kurortudur. Kompleksin inşası bir neçə mərhələdə aparılacaq. 2011-ci ilin fevralında prezident İlham Əliyev kompleksin 2 nömrəli kanat yolunun və xizək enişinin açılışında iştirak edib.
Prezident İlham Əliyev kompleksin lift bazasında həyata keçirilən işlərlə maraqlanıb. Bildirilib ki, artıq lift bazasında tamamlama işləri görülür. Bu baza kompleksə 2-3 günlük istirahətə gələn turistlər üçün nəzərdə tutulub. Baza biri yeraltı olmaqla üç mərtəbədən ibarətdir. Burada xizək avadanlığı kirayəsi bölməsi də var.
Dövlət başçısına xizək bölməsində istifadə olunacaq və turistlərin ixtiyarına veriləcək xizək avadanlığı barədə məlumat verilib. Bazada Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq uşaqların dağ-xizək idmanı ilə məşğul olması və əylənməsi üçün də hərtərəfli şərait yaradılıb. Kompleksdə turistlərin xizəklə sürüşməsi və qış istirahətini sığortalamaq məqsədi ilə süni qaryağdırma sistemi yaradılır. Bunun üçün bütün enişlərdə qar generatorları quraşdırılıb. Bazada Almaniya istehsalı olan avadanlıqdan qarın bərkidilməsində və xizək trassının lazımi səviyyəyə gətirilməsində istifadə olunacaq. Burada birinci mərhələ çərçivəsində 9 kanat yolu fəaliyyət göstərəcək.
Lift bazasındakı hoteldə 40 otaq, restoran, bar, kafe, bilyard otağı, dükanlar, konfrans salonu, tibb məntəqəsi, əməkdaşlar üçün otaqlar, on lift, avtomobil dayanacağı və digər obyektlər var.
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva nümunə üçün yaradılan otel otaqlarında şəraitlə tanış olublar. Daha sonra yüksəklikdən kompleksin ərazisini seyr edən dövlət başçısına məlumat verilib ki, birinci mərhələ çərçivəsində qaz generator stansiyasının tikintisi, bütün zəruri daxili kommunikasiyalar və xarici infrastruktur üzrə də xeyli iş görülüb. Kompleksə Qusar rayonundan 35,7 km uzunluğunda orta təzyiqli qaz kəməri çəkilib. 35 km-lik kanalizasiya sistemi də istifadəyə hazırdır. 29 km uzunluğunda fiber lifli rabitə xəttinin çəkilişi tamamlanmaq üzrədir. 32,6 km-lik 110 kilovoltluq elektrik xəttinin inşası davam edir. İçməli su kəmərinin və təmizləyici qurğuların inşası da başa çatdırılıb.
Prezident İlham Əliyevə və xanımı Mehriban Əliyevaya kompleksdə növbəti mərhələdə həyata keçiriləcək infrastruktur işləri barədə ətraflı məlumat verilib. Bildirilib ki, dövlət başçısının tapşırıqlarına əsasən Şahdağ qış-yay turizm kompleksinin ərazisində hotellər şəbəkəsi yaradılır. Artıq “Resort” hotelində tamamlama işləri görülür. Yeddimərtəbəli oteldə turistlərə prezident nömrəsi, VİP-suit otaq, hər biri ikinəfərlik 170 nömrə, müxtəlif tədbirlərin keçirilməsi üçün üç konfrans salonu, altı restoran, SPA mərkəzi, üzgüçülük hovuzu, uşaq bağçası, xizək kirayəsi məntəqəsi, xizək məktəbi, yeraltı dayanacaq xidmət göstərəcək və digər xidmətlər təklif olunacaq. “Resort” hotelinin yaxınlığında daha iki yüksək səviyyəli hotel fəaliyyət göstərəcək. Həmin hotellərdən birinin artıq bünövrəsi qoyulub, digərinin isə hazırlıq işləri aparılır. Yaxınlıqda ən müasir standartlara cavab verən ticarət mərkəzi də fəaliyyət göstərəcək. Ərazidə bir kiçik hotelin inşası da tamamlanmaq üzrədir. Burada turistlər üçün 26 otaq, sağlamlıq klubu, restoran, bar, kafe və digər əyləncə mərkəzləri nəzərdə tutulur. Həmin hotelin yaxınlığında elektrik stansiyası tikilir. Qonşuluqdakı digər infrastruktur obyekti isə yay mövsümündə Şahdağ qış-yay turizm kompleksindəki bütün obyektlərin sərin hava ilə təmin olunmasını mərkəzləşdirilmiş qaydada həyata keçirəcək.
Diqqətə çatdırılıb ki, Şahdağ qış-yay turizm Kompleksi dünya turizm sənayesində xüsusi layihələrdən biri olacaq. Layihənin növbəti mərhələləri çərçivəsində yeni kanat yolları salınacaq, qolf meydançası, müxtəlif klublar, kiçik mehmanxanalar, pansionat, Şahdağ Gənclər Mərkəzi, 900 nömrəlik “Relax” mehmanxana şəbəkəsi, 200 nəfərlik diskoteka binası inşa olunacaq, at ferması fəaliyyət göstərəcək.
Qeyd olunub ki, kompleksin birinci mərhələsi üzrə tikinti işləri dövlət tərəfindən maliyyələşdirilir. Tikintiyə nəzarəti Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində olan Şahdağ qış-yay turizm kompleksinin müdiriyyəti həyata keçirir. Kompleksin inşasının növbəti mərhələlərində özəl sektorun da yaxından iştirakı nəzərdə tutulub.
Komplekslə yaxından tanış olan Prezident İlham Əliyevə və xanımı Mehriban Əliyevaya əyləncə mərkəzlərinin yerləşəcəyi məhəllə barədə ətraflı məlumat verilib.
Dövlət başçısı növbəti mərhələdə həyata keçiriləcək tədbirlərlə bağlı tapşırıq və tövsiyələrini verib.
Daxili siyasət
Bakının işğaldan azad edilməsindən 108 il ötür
Gəncədə Rus-Pravoslav Kilsəsinin 139 illiyi münasibətilə tədbir keçirilib
BMTMM-nin sədrinə 3 müavin təyin edilib - EKSKLÜZİV
Prezidentin xüsusi nümayəndəsi: Xankəndi şəhərində 28 min insan yaşayır
Xəbər Lenti
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə reyslər təşkil ediləcək
Kavelaşvili: Gürcüstanla Azərbaycanı ortaq regional maraqlar birləşdirir
Deputat: Artıq narkobaronlarla mübarizə aparmalıyıq
Qarabağa səfər edən diplomatlara hücumlar: Ermənistan sülhə hazır deyil - TƏHLİL
Gürcüstan Prezidenti Azərbaycana yeni təyin olunmuş səfirlə görüşüb
Türkiyə və İran XİN rəhbərləri regional təhlükəsizliyi müzakirə edib
Tıxacda vaxt itirmək istəməyənlər üçün Biləcəridə yeni mənzil imkanları
Özəlləşdirilmiş müəssisələrə son 5 ildə 145 mln. manatdan çox investisiya yatırılıb
İranda 1 000 xalq batalyonu yaradılacaq
Özəlləşdirmənin uğurlu nəticəsi: investisiya müsabiqəsi ilə özəlləşən müəssisə yenidən qurulub - FOTO
Ülvi Quliyev “Şöhrət” ordeni ilə təltif edilib
Magistratura və doktoranturanı bitirmiş zabitlərin hərbi rütbədə olma müddəti 1 il azaldılacaq
"Yelo Bank"ın Müşahidə Şurasında dəyişiklik olub
Seyid Yəhya Bakuvi ilə bağlı konfransın iştirakçıları Xocalı Memorial Kompleksini ziyarət ediblər - FOTO
Həlak olan minatəmizləyənlərin ailə üzvlərinə Prezident təqaüdünün təyini üçün sənədlər müəyyənləşib
Yardımlı Rayon İcra Hakimiyyətində əməliyyat zamanı saxlanılan vəzifəli şəxslərlə bağlı qərar verilib
ADMİU-nun birinci kurs tələbələri barədə aşağılayıcı ifadələr işlədən şəxslərə xəbərdarlıq edilib
Mədəniyyət Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısı dəyişib
Qarayazı Dövlət Təbiət Qoruğunun sanitariya-mühafizə zonası təsdiq edilib
ABB partnyorları ilə görüş keçirib
FHN-in karate komandasının üzvləri beynəlxalq turnirdə yüksək nəticələr əldə ediblər
Cəlilabadda 18 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
Baş prokuror Şamaxıda vətəndaşları qəbul edib
"InvestAZ"dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə!
Kosovonun sabiq prezidenti Haşim Taçi hərbi cinayətlərə görə 25 il həbs cəzasına məhkum edilib
Zəfərdən ədalət mühakiməsinə: Azərbaycanın yaratdığı tarixi reallıq – TƏHLİL
Növbəti qurultaya hazırlaşan YAP-ın inkişaf tarixində yeni mərhələ - MÖVQE
“AzerGold” dağ-mədən sahəsində peşə təhsilinin rəqəmsallaşdırılmasına dəstək göstərəcək
Putin Dumaya seçkilərlə bağlı Rusiya vətəndaşlarına müraciət edəcək
Ağdamda Şeyx Seyyid Yəhya Bakuvi Şirvaniyə həsr olunmuş konfrans keçirilib - FOTO - YENİLƏNİB
Ermənistan Konstitusiya Məhkəməsi TRIPP sazişini konstitusiyaya uyğun hesab edib
Şimali makedoniyalı mütəxəssis “Qəbələ”nin yeni baş məşqçisi təyin olunub
Etilen-Polietilen zavodunda gələn il modernizasiya layihəsi üzrə sahə işlərinə başlanılacaq
Aİ Orta Dəhlizin inkişafına 12 mlrd. avroyadək investisiya cəlb etməyi planlaşdırır
ABŞ Belarusun iki şirkətinə qarşı sanksiyaları aradan qaldıracaq, Minsk isə 25 nəfəri azad edəcək
2027-ci il Formula 1 Azərbaycan Qran-prisinin tarixi açıqlanıb
Aİ Kanadaya blokun ilk assosiativ üzvü olmağı təklif edib
Hakan Fidan: Azərbaycanla əməkdaşlığımızı daha da dərinləşdirəcəyik
Qərbi Azərbaycan İcması erməni cəmiyyətini keçmişin səhvlərini təkrarlamamağa çağırıb
Şimali Kiprin dini nümayəndəsi: Türk həmrəyliyinə heç bir qüvvə asanlıqla zərər vura bilməz
TDT rəsmisi Orta Dəhlizdə daşımaların asanlaşdırılmasının yollarından danışıb
“İrşad”da yeni tədris ilinə özəl “Yaşıl Cümə” fürsətləri başladı - VİDEO
Bakıda 32, rayonlarda 35 dərəcə isti olacaq - SABAHIN HAVASI
Ramazan Erdağ: Orta Dəhlizin uğuru yalnız yük həcmi ilə deyil, yaratdığı iqtisadi dəyərlə ölçüləcək
Aİ-nin enerji xərcləri Hörmüz boğazındakı vəziyyətə görə 90 milyard avro artıb
Gürcüstan DTX-nin yeni rəhbəri vəzifəsinə təsdiqlənib
AİB-nin Direktorlar Şurasının üzvləri Azərbaycana səfəri çərçivəsində ADY-də olublar
Fərid Şəfiyev: Orta Dəhlizin məqsədi xüsusilə böhran dövrlərində mühüm boşluqları doldurmaqdır
Müdafiə naziri Katz: İsrail Qəzzada "işi bitirəcək"