Bank Of Baku

Bakıda “Avropaya inteqrasiya prosesində vətəndaş cəmiyyətinin rolu” mövzusunda tədbir keçirilib - FOTOSESSİYA

Bakıda “Avropaya inteqrasiya prosesində vətəndaş cəmiyyətinin rolu” mövzusunda tədbir keçirilib - <font color=red>FOTOSESSİYA</font>
# 18 fevral 2012 11:07 (UTC +04:00)
Bakı. Pərvin Abbasov - APA. Bu gün Bakıda Azərbaycan Avropa Hərəkatının (AAH) təşkilatçılığı ilə “Avropaya inteqrasiya prosesində vətəndaş cəmiyyətinin rolu” mövzusunda tədbir keçirilib.

APA-nın məlumatına görə, tədbirdə Avropa Parlamentinin üzvü, Avropa Hərəkatının prezidenti Jo Leynen, partiya sədrləri, deputatlar, QHT rəhbərləri iştirak edib.

Əvvəlcə AAH-ın baş katibi Ramin Hacılı çıxış edərək, hərəkatın təqdimatını keçirib. O, AAH-ın fevralın 17-də I təsis Konqresinin keçirildiyini, qurumun prezidenti, baş katibi və İdarə Heyəti üzvlərinin seçildiyini söyləyib. O, quruma bundan sonra da Azərbaycanın fəal QHT-lərinin cəlb ediləcəyini söyləyib.

Mövzu ətrafında çıxış edən Demokratik İslahatlar Partiyasının (DİP) sədri, Milli Məclisin üzvü Asim Mollazadə Azərbaycanın Avropanın bir parçası olduğunu söyləyib.

Avropa Parlamentinin üzvü, Avropa Hərəkatının prezidenti Avropaya inteqrasiya prosesində vətəndaş cəmiyyətinin rolu mövzusunda çıxış edib.

Daha sonra müzakirələr başlayıb. Tədbirdə Milli Məclisin üzvləri Fazil Mustafa, Sevinc Hüseynova və başqaları mövzu ətrafında fikirlərini bildiriblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR