Bank Of Baku

Cinayət Məcəlləsinə hüquqi şəxslərin cinayət məsuliyyətinə cəlbini nəzərdə tutan dəyişikliklər ediləcək

Cinayət Məcəlləsinə hüquqi şəxslərin cinayət məsuliyyətinə cəlbini nəzərdə tutan dəyişikliklər ediləcək
# 20 fevral 2012 09:30 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA. Azərbaycan Cinayət Məcəlləsinə hüquqi şəxslərin cinayət məsuliyyətinə cəlb olunması ilə bağlı dəyişikliklər ediləcək. APA-nın məlumatına görə, parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında dəyişiklik layihəsi müzakirəyə çıxarılıb. Komitə sədri Əli Hüseynli bildirib ki, layihədə əsasən hüquqi şəxslərə tətbiq olunan sanksiyalar əksini tapıb: “Bu, çox zəruridir və Azərbaycanın qoşulduğu konvensiyalardan irəli gəlir”.

Məcəlləyə təklif edilən dəyişikliklərə görə, hüquqi şəxslərə cərimə növündə cinayət-hüquqi tədbir aşağıdakı hədlərdə təyin edilə bilər: böyük ictimai təhlükə törətməyən cinayətlərə görə 50 min manatdan 75 min manatadək və ya cinayət nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək; az ağır cinayətlərə görə 75 min manatdan 100 min manatadək yaxud vurulmuş ziyanın iki mislindən 3 mislinədək miqdarda, ağır cinayətlərə görə 100 min manatdan 125 min manatadək və ya vurulmuş ziyanın 3 mislindən 4 mislinədək miqdarda, xüsusi ağır cinayətlərə görə 125 min manatdan 150 min manatadək və ya vurulmuş ziyanın 4 mislindən 5 mislinədək miqdarda cərimə olunacaq.

Bundan başqa, hüquqi şəxs müəyyən fəaliyyətlə məşğul olmaq hüququndan (xüsusi razılığın ləğv edilməsi, müəyyən əqdlərin bağlanılmasının, səhm və ya digər qiymətli kağızların buraxılmasının, dövlətdən subsidiyaların və ya başqa güzəştlərin əldə edilməsinin və ya digər fəaliyyətlə məşğul olmanın qadağan edilməsi) məhrum edilə biləcək. Dəyişikliklərdə hüquqi şəxsin əmlakının müsadirəsi, onlara tətbiq edilən cinayət-hüquqi tədbirlərin növləri, hüquqi şəxsin ləğv edilməsi və s. əksini tapıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR